XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artisti, xanəndə Bəyimxanım Vəliyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2023 00:30

Bəyimxanım Vəliyeva 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin Ağaxan Abdullayevin xanəndəlik sinifinə daxil olub, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə Ağaxan Abdullayevin muğam sinifinə daxil olub, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirib elə həmən il də Konservatoriyanın magistr pilləsinə daxil olmuş və 2013-cü ildə magistraturanı fərqlənmə ilə bitirib. 2014-cü ildən doktorantura pilləsində təhsil alıb.

Ailəlidir, beş övladı var.

İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış edib.

1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülüb, 1996-cı ildə keçirilən “7-17” müsabiqəsinin qalibi olub, 1997-ci ildə “Pöhrə-97” müsabiqəsində “laureat” adını qazanıb, 1997-ci ildə keçirilən “İstedadlar axtarırıq” müsabiqəsinin Fəxri Diplomuna, 1998-ci ildə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi II “Uşaq Muğam festifalı”nın Diplomuna, 1999-cu ildə “Amoco” qrupunu təşkil etdiyi III “Uşaq Muğam Festivalı”nın “Diplomantı” adına, 1999-cu ildə “Muğam” Assosiasiyasının təşkil etdiyi “Muğam-99” Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına, 1999-cu ildə “Rezonans” qəzetinin “Ulduzlar” devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının “Mahnı-99” müstəqil müsabiqənin yekunlarına görə “İlin Pöhrəsi” nominasiyası üzrə mükafata, 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli “laureat” adına, 2001-ci ildə keçirilən “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna, 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına, 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna, 2005-ci ildə Respublika üzrə “Space” telekanalında keçirilən “Üzeyir Hacıbəyov-120” 1-ci televiziya muğam müsabiqəsinin laureatı adına, 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” estrada mahnı müsabiqəsində “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyasında mükafata, 2009-cu ildə keçirilən Beynəlxalq müsabiqənin “Diplomantı” adına layiq görülüb, 2000-ci il ildən bu günə kimi Azərbaycan muğamını Azərbaycandan kənarda Avropa ölkələrində təmsil görülüb, 2000-ci ildə Fransa və Almaniyada 1 ay müddətində keçirilən silsilə konsert proqramlarında, 2002-ci ildə Türkiyədə keçirilən “Azərbaycan mədəniyyət günləri”ndə iştirak edib, 2003-cü ildə Yaltada keçirilən “Yalta-2003” müsabiqəsinin Fəxri diplomuna, 2004-cü ildə Qırğızıstanda keçirilən “İssık-Kul Ulduzları” adlı festivalın Fəxri Diplomuna, 2006-cı ildə Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzəryanı Ölkələrin Musiqi Festivalı”nda 2-ci yerə və Gümüş medala layiq görülüb, 2007-ci ildə ABŞ-ın bir çox ştatlarında Nyu-York, Vaşinqton, Nyu Orlean, Vest Vercinia da keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, 2008-ci ildə Kanadada keçirilən “Niaqara” festifalında, 2008-ci ildə İsveçrədə keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, 2009-cu ildə Brusseldə keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, 2009-cu ildə İsrailin Yerusəlim şəhərində keçirilən festivalda İzrail musiqiçiləri ilə sintez 2 saatlıq muğam konserti verib, 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyində “Azərbaycan Mədəniyyət Günləri”ndə çıxış edib. Dəfələrlə Moskva, Ukrayna, Sibir, İngiltərə, Türkiyə, Sankt-Peterburq və s. keçirilən “Azərbaycan Mədəniyyət günləri”ndə Azərbaycan muğamını və mahnılarını layiqincə təmsil edib.

 

2009-cu ildə Bəstəkar Süleyman Ələsgərov adına mükafatın laureatı olub. 2011-ci ildə Zirvədəkilər mükafatı üzrə “Xalq musiqisi janrında İlin qadın müğənnisi” nominasiyası üzrə təltif olunub.

2012-ci ildə Yaxşıların Yaxşısı milli mükafatında “Xalq musiqisi janrında ən yaxşı gənc ifaçı” nominasiyası üzrə təltif olunub. 2015-ci ildə İsraildə Yerusəlimdə keçirilən beynəlxalq müsabiqədə uğurla çıxış edib. 2006-cı ildən 2009-cu ilə qədər Azərneftyağ Səhmdar Cəmiyyətinin nəzdindəki “Mədəniyyət evi”ndə solist kimi fəaliyyət göstərib. 2006-cı ildən 2010-cu ilə qədər isə Azərbaycan Dövlət Muğam Teatrının solisti vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından indiyə qədər Azərbaycan Dövlət Televiziyasının solisti vəzifəsində çalışır. 2012-ci ildən indiyədək Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışır.

14 sentyabr 2015-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Baxış sayı: 106