XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Aygün Bəylərin anadan olmasının 49 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
22/08/2024 10:05

Aygün Bəylər 1975-ci il avqust ayının 22-də Bakıda anadan olub. O, Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında xanəndəlik ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Aygün Hümmətova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinə daxil olaraq dirijorluq və bəstəkarlığın sirlərini öyrənib.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında solist kimi çalışıb. 1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə təmsil edib. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər, Azərbaycan muğam məktəbini uğurla təmsil edib, I yerə layiq görülərək festivalın qalibi olub. Aygün Hümmətova “Əməkdar artist” fəxri adına layiq görülüb.

Aygün Bəylər 2024-cü ildə vəfat edib.

Baxış sayı: 133