XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
22/08/2023 00:09

Aybəniz Haşımova 1968-ci il avqustun 22-də Gəncə şəhərində anadan olub. Yaradıcılığa erkən yaşlarından başlayan sənətçi "Bülbüllər” qrupunun yaradıcısıdır.Sənətkar maraqlı həyat yolu keçib.

Sevilən sənətçi Aybəniz Haşımovaya 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.

Aybəniz Haşımovanın həyat yoldaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olan Xalid Quliyev olub.

Baxış sayı: 266