XƏBƏRLƏR
MƏLUMAT
Bu gün aktrisa Mehriban Hüseynovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2022 01:36

Mehriban İsmayil qızı Hüseynova 17 may 1977-ci ildə Ucarda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib.

2000-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatr səhnəsində “Qaraca qız”da-Nərgiz, “Cənnətin üç alması”da - Diva, “Mahmud və Məryəm”də-Qadın, “Zorro”da-Klaudia, “Pəri Cadu”da- Rəqqasə əcinnə, “Oliver Tvistin macəraları”da - Missis Roz, “Romeo və Cülyetta”da - Mələk, “Danışan gəlincik”də - Xanım, “Sarıköynəklə Valehin nağılı”nda - Zabitə və digər maraqlı obrazlar canlandırıb.

“Biz qayıdacağıq”, “Əlvida”, “Cavad xan”, “Çölçü” kimi bədii filmlərdə, “Qızlar”, “Muradına çatan günəş”, “Tək olanda qorxma...”, “Durnalar qayıdanda” və sair seriallarda çəkilib.

Baxış sayı: 361