XƏBƏRLƏR
MƏLUMAT
Birincilərin ilk sevinci – Əlifba bayramı
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2022 07:22

İyunun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının əməkdaşları Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin rus bölməsində birincilərinin ilk sevincli günü - “Əlifba bayramı”nda iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi btövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin dil-ədəbiyyat müəllimi Zemfira Musalova qonaqları salamladıqdan sonra,  birincilər bilik və bacarıqlarını nümayiş etdirərək şeir və mahnılar oxuyublar. Balacalar bütün hərfləri tanıdıqlarını və sərbəst oxuduqlarını inamla nümayiş etdiriblər. Uşaqların Vətəni, ananı, müəllimi vəsf edən şeirləri xüsusi intonasiya ilə söyləməsi maraqla qarşılanıb.

Tədbirdə qonaq qismində iştirak edən kitabxananın əməkdaşı Zərəngiz Mansurova bu günün təkcə birincilərin deyil, bütün xalqın bayramı oldğunu söyləyib. Çünki, o, bu gül balaların içərisindən gələcəyin alimləri, şairləri, hərbçiləri, hüuqşünasları və digər sənət adamlarının yetişəcəyinə inandığını bildirib.

Bayram tədbirinin sonunda məktəbin direktoru Sevda Eminova birincilərə uğurlar arzulayıb, xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 549