XƏBƏRLƏR
MƏLUMAT
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyev Sarayı ilə birlikdə “Bizi də tanıyın” layihəsinə başlayıb
ÜMÜMİ XƏBƏRLƏR
28/01/2021 07:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyev Sarayı ilə birlikdə “Bizi də tanıyın” adlı layihəni təqdim ediblər.

Layihənin əsas məqsədi gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərimizin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim edilməsidir. 

Layihədə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri iştirak edirlər. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim edirlər. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin, sosial şəbəkələrdə təbliğ olunacaq.

Layihə çərçivəsində təqdim edilən musiqi nömrələrindən birini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli uşaq musiqi məktəbinin fortepiano sinfinin şagirdi Cəmilə Əliyeva ifa edib. Cəmilə Klod Debüssinin “Zənci balası” əsərini səsləndirib.

Qeyd edək ki, pandemiyadan sonrakı dönəmdə layihəyə respublika regional musiqi məktəbləri şagirdlərinin də cəlb olunması nəzərdə tutulur.

Videoçarx Bakı Mədəniyyət kanalında və Heydər Əliyev Sarayının rəsmi "YouTube" kanalında yayımlanır. 

https://youtu.be/4X_YvlpRwIQ

Baxış sayı: 1081