XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı şair Şimali Makedoniyada poeziya festivalında iştirak edir
ÜMÜMİ XƏBƏRLƏR
23/08/2024 16:08

Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Şimali Makedoniyada 18 ölkədən 41 şairin qatıldığı "63-cü Beynəlxalq Struqa Şeir Axşamları"nda iştirak edir.

AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək beynəlxalq tədbirin antologiyasında F.Hüseynin şeirləri ingilis və makedon dillərində nəşr olunub.

Festival çərçivəsində gənc şair bir sıra tədbirlərdə çıxışlar edəcək.

Yeri gəlmişkən qeyd edək ki, F.Hüseyn bu günlərdə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Baxış sayı: 104