XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan mətbəxi: Hədik
ÜMÜMİ XƏBƏRLƏR
10/09/2019 01:00

Tərkibi:

Buğda - 1 stəkan Qırmızı lobya - 1 stəkan Qaragöz lobya - 1 stəkan

Noxud - 1 stəkan Mərci - 1 stəkan

Lərgə - 1 stəkan Qarğıdalı - 100 qram Qoz ləpəsi - 100 qram Duz - 1 çimdik

Hədik adətən kiçik yaşlı uşaqlar diş çıxardıqda, Məhərrəm ayında aşura günü bişirilir və qohumlara, qonşulara paylanılır. Payızda və qışda, bu yeməkdən daha çox istifadə edilir. Vitaminlər və faydalı mikroelementlərlə, minerallarla zəngin olan bu yemək, həmçinin immuniteti qüvvətləndirib, bədənin müqaviməyinin artırılmasına, ürək və qan-damar sisteminin sağlamlaşdırılmasında, depressiyanın qarşısının alınmasında faydalıdır. Yemək vegetarianların da ağız dadına uyğundur.

Hazırlanması:

Hədik bişirmək üçün buğdanı yaxşıca yuyuruq və bir gün təmiz suda saxlayırıq. Sonra iri qazanda buğdanı qaynadırıq. Əvvəlcədən lobya, noxud, lərgə və mərcini yuyuruq və suda bir neçə saat ərzində saxlayırıq. Daha sonra isə bunları (lobya, noxud, lərgə və mərci) buğda bişən qazana əlavə edirik. Bir neçə dəfə nəzarət etməklə buğdanın bişməsi halında hədik oddan götürülür. Hədik süfrəyə verildikdə üzərinə xırda doğranmış qoz səpilir.

 

Baxış sayı: 60294