XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan Gəncləri Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2025 11:32

Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd edilir.

1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilən bu günün qeyd edilməsi təkcə gəncliyin inkişafına diqqət çəkmək üçün deyil, eyni zamanda, gələcək nəsillərə dövlətin göstərdiyi qayğını ifadə etmək məqsədi daşıyır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətin vətəndaşları Azərbaycan Gəncləri Gününü xüsusi ruh yüksəkliyi ilə qeyd edirlər.

Gəncliyin inkişafına dövlət səviyyəsində göstərilən qayğı ölkəmizin gələcəyinə yatırılan ən dəyərli sərmayədir. Gənclər təkcə ölkədaxili uğurlarla deyil, beynəlxalq miqyasda da Azərbaycan dövlətinin maraqlarını layiqincə təmsil edir və qoruyurlar.

Baxış sayı: 23