XƏBƏRLƏR
MƏLUMAT
Abdulla Şaiqin “Köç” hekayəsi haqqında məlumat verilib
ÜMÜMİ XƏBƏRLƏR
26/07/2021 06:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının oxucusu Gültac Əliyeva Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan  Abdulla Şaiqin “Köç” hekayəsi haqqında məlumat verib.

Oxucu hekayənin qəhrəmanları olan Kərim baba və Ayrım qızı haqqında söhbət açıb.

Gültac Əliyeva səsləndirdiyi videomaterialda Kərim babanın  zahiri görünüşü, gündəlik həyat tərzi, onun ov işinə xüsusi yanaşması və tüfəngini heç zaman yanından ayırmamasını qeyd edib. O, əsl adı Fatı olsa da hər kəsin Ayrım qızı deyib çağırdığı qadının həyatından, işgüzarlığına və zəhmətinə  görə Kərim babadan heç də geri qalmamasından, onun çalışqanlığı, namusu və hünəri ilə ad qazanmasından danışıb.

Oxucunun səsləndirdiyi məlumatda  o yerlərin insanlarının simasında tükənməyən  enerji, sönməyən həyat eşqi və torpaqlarının bərəkəti də ifadə olunub.

Videoməlumata aşağıdakı keçiddən baxa bilərsiniz:

https://www.instagram.com/p/CRwOtZVhq4q/

Baxış sayı: 5151