XƏBƏRLƏR
MƏLUMAT
Nəsimi rayon MKS-nin Mərkəzi Kitabxanası“Şərqin ilk Demokratik Respublikası” başlığı altında tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 08:56

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nəsimi rayon MKS-nin Mərkəzi Kitabxanası 240 saylı tam orta məktəbin 4-cü sinfi ilə birgə 28 may Azərbaycan Demokratik Respublikasının yaranması günü ilə əlaqədar “Şərqin ilk Demokratik Respublikası” başlığı altında tədbir keçirib.

Məktəbin müəllimi Mətanət Səmədova ADR-nin yaranması haqqında məlumat verib.

Sonra məktəbin şagirdləri rəqs nümunələri göstərib, ADR ilə bağlı şeirlər söyləyib və mahnılar səsləndiriblər.

 

Baxış sayı: 26207