XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2024 12:30

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenli, Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyinə həsr olunan tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, Xalq artistləri Ramiz Həsənoğlu, Mərahim Fərzəlibəyov, İlham Namiq Kamal, Cəfər Namiq Kamal, Həmidə Ömərova, Əli Nur, sənətsevər Vasif Ayan və aktyorun digər sənət dostları sənətkarla bağlı xatirələrini bölüşüblər.

Əməkdar artist Zakir Əliyev ifa etdiyi musiqi nömrələri ilə qonaqların zövqünü oxşayıb.

Tədbir çərçivəsində muzeyin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanan videoçarx, həmçinin tamaşalar və bədii filmlərdə canlandırdığı obrazlardan ibarət fraqmentlər nümayiş olunub.

Baxış sayı: 98