XƏBƏRLƏR
MƏLUMAT
“Tarixi həqiqətlər” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2024 11:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinin 34-cü ildönümü münasibətilə “Tarixi həqiqətlər” adlı tədbir keçirilib.

İlk öncə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan “20 Yanvar milli qürur günümüzdür” adlı sərgiyə  baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən danışıblar. 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayıblar.Həmçinin, tədbirdə Suraxanı rayon 327 nömrəli tam orta məktəbin şagirdlərinin 20 Yanvar hadisələri haqqında fikirləri dinlənilib.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

Baxış sayı: 181