XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2024 15:52

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 İyul-Milli Mətbuat Günü münasibətilə ənənəvi və virtual kitab sərgisi təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv etməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulması, bu islahatların mətbuatın inkişafına ciddi təkan verməsindən bəhs edilib.

Həmçinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən media nümayəndələrinə göstərilən diqqət və qayğı diqqətə çatdırılıb.

Virtual sərgidə Azərbaycanda müasir jurnalistikanın özəllikləri, Vətən müharibəsi dövründə informasiya məkanında nümayiş etdirilən üstünlüklər, müharibə dövründə şərəfli peşəsinin öhdəsindən layiqincə gələn və müxtəlif medallarla təltif edilən jurnalistlər haqqında məlumat verilib. Sərgidə missiyası əsasən maarifçilik olan, cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq Azərbaycanda mətbuatın təməlini qoyan, milli mətbuatın inkişafında əvəzsiz xidmətləri olan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı, qəzetin ərsəyə gəlməsində əməyi keçən dahi Azərbaycan simaları haqqında geniş məlumat verilir, qəzetinin nüsxələrinin görüntüləri təqdim olunub.

Virtual kitab sərgisində “Heydər Əliyev və mətbuat”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “H.Zərdabinin etnoqrafik görüşləri”, “Azərbaycan mətbuat tarixi antologiyası” kimi kitabların biblioqrafik təsviri yer alıb.

Milli Mətbuat Günü ilə əlaqədar hazırlanan materiallarla kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/milli-metbuat-gunu  tanış olmaq mümkündür.

Baxış sayı: 201