Mədəniyyət ölkənin tarixi, adət-ənənələri, dini, etnik və milli dəyərlərini ehtiva edir. Çoxəsrlik inkişaf yolu keçən Azərbaycan mədəniyyəti zamanın nəbzini tutmaqla hər cəhətdən zəruri tələblərə cavab verir.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) bu sahənin ən aparıcı qurumudur. XX əsrdə fəaliyyətə başlayan müəssisə müxtəlif adlarla xidmət göstərsə də ölkənin mədəni həyatının inkişafı, sahəyə marağın və kadr potensialının artırılması, ixtisasartırma üzrə təlim, tədris proqramlarının hazırlanması, insanların maarifləndirilməsi, sənət xadimləri ilə görüşlər, milli-mənəvi irsin təbliği, tədqiqi kimi işləri həyata keçirir.
MEMİM tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanan kurs may-iyun aylarında Azərbaycan Milli kitabxanasında keçirilib.
AZƏRTAC xəbər verir ki, bir vaxtlar xalq yaradıcılıq evi, Mədəniyyətşünaslıq üzrə Elmi və Metodiki Mərkəz, 2019-cu ildən isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi adı ilə fəaliyyət göstərən qurum Mədəniyyət Nazirliyinin yeganə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi olub sahəyə aid bütün islahatlarda yaxından iştirak edir. Son aylarda həyata keçirilən “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlim, “Sənətkarın dostu”, “Musiqidə ədəbi dil normaları”, “Musiqinin psixoloji təsiri”, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar, “Nəsildən-nəslə teatr” və başqa layihələr söylənilənlərə ən bariz nümunədir. Mədəniyyət ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan layihələrə “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlim ilə start verilib.
Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusuna dair ixtisasartırma kursunun təlimçisi Bakı Dövlət Universitetinin Əmək və Ekologiya Hüququ kafedrasının professoru Mayis Əliyev olub. İki aylıq təlim proqramında əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili və mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik kimi mövzular tədris edilib.
Sahəyə marağın artırılması məqsədilə daim yenilik axtarışında olan MEMİM-in həyata keçirdiyi layihələrdən biri də “Sənətkarın dostu”dur. Layihə silsilə şəklində olmaqla iyunun 1-dən 24-dək keçirilib.
Cəmiyyətdə bədii zövqün yüksəldilməsinə xidmət edən MEMİM-in növbəti layihəsi “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktiki seminar olub. Musiqinin cəmiyyətdəki rolunu müəyyənləşdirmək, insanlarda bədii zövqü formalaşdırmaq kimi məqsədləri əhatə edən elmi-praktik seminara görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas Bahar Bəylərova-Ələkbərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova öz iştirakları, Türkiyənin neyro-elm mütəxəssisi, professor Sinan Canan isə videoformatlı çıxışı ilə rəng qatıb.
Beynəlxalq Muğam Mərkəzində MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən elmi-praktik seminar aktual mövzulu ideyalara zəmin yaradıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası məqsədilə iyulun 1-də Mədəniyyət Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar olub.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Təşkilatı və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva, idarənin prokurorları İlkin Babazadə və Kamil Kamillinin çıxış etdiyi seminarda mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün korrupsiya ilə əlaqədar hüquqpozmalar və onlara görə məsuliyyət barədə və s. məsələlərə toxunulub.
Mədəniyyət naminə dolğun məzmuna və müasir yanaşmaya malik layihələrə imza atan MEMİM Azərbaycan incəsənətinin mühüm şaxəsini təşkil edən teatr sənətindən bəhrələnərək daha bir uğurlu layihəyə imza atıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilati dəstəyi ilə keçirilən “Nəsildən-nəslə teatr” mövzusunda tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli iyulun 9-da teatrın kiçik səhnəsində keçirilib. Sahəyə könül vermiş gənclərə teatr işinin təşkilində sosial-iqtisadi, bədii-konseptual aspektlərdə yeni yaradıcı tendensiyalar aşılayan tematik seminarın ilk panelinin moderatoru MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusif, qonağı isə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə idi. MEMİM-in digər layihələri kimi “Nəsildən-nəslə teatr” layihəsi də silsilə xarakterli olub, çoxsaylı görüşlərini davam etdirəcək.
Qeyd edilən layihələr MEMİM-in son 3 aylıq fəaliyyətinin məcmusudur. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi milli-mənəvi dəyərlərimizin özəyi sayılan adət-ənənələri, fərqli sənət növlərini, həmçinin sahə ilə əlaqədar digər aktual mövzuları silsilə şəklində layihələrlə sənətsevərlərin ixtiyarına həvalə edəcək.
- 17:12 Füzulidə növbəti “Şəhər günü” keçirilir
- 16:48 Cəfər Cabbarlı mükafatının təqdimatı olub
- 16:37 Yazıçı, publisist Aqşin Yenisey ilə görüş keçirilib
- 15:52 Azərbaycan paytaxtında 19-cu Bakı Caz Festivalı başlayır
- 15:05 Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
- 14:29 Bəstəkarlar İttifaqının bayram plenumu Şuşada keçirilib
- 11:53 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib
- 10:47 Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb
- 10:06 Bu gün Füzuli Şəhəri Günüdür
- 09:38 İzmirdə keçirilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”nün rəsmi açılışı olub
- 09:20 Dövlət Film Fondunda Xalq artisti Rza Təhmasibin xatirəsi anılıb
- 09:15 Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
- 17:28 ARKA təmsilçisi beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçilib
- 16:48 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:01 İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub
- 14:13 Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür
- 13:09 Fəlsəfə doktoru Cavanşir Feyziyevin “Üşüyən küçələr” adlı kitab haqqında rəyi oxuculara təqdim edilib
- 12:08 Milli Xalça Muzeyində “Tikmə sənəti” mövzusunda beynəlxalq konfrans işinə başlayıb
- 11:20 “15 oktyabr - Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün” mövzusunda dəyirmi masa keçirilib
- 11:14 Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub
- 11:00 Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötür
- 10:54 “Böyük Yolun Müzəffər Davamçısı” mövzusunda dəyirmi masa təşkil olunub
- 10:10 Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:01 Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
- 09:54 Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 09:50 Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:55 “Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində
- 15:08 İzmirdə Həsən bəy Zərdabiyə həsr olunan simpozium keçirilib
- 14:59 Türkiyənin “TRT” radiosunda Xalq artisti Cahangir Cahangirova həsr olunan veriliş yayımlanıb
- 14:54 “Mezzo” telekanalı cazmen Şahin Növrəslinin konsertini canlı yayımda təqdim edəcək
- 12:16 Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür
- 09:54 Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub
- 09:24 Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
- 17:22 Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq
- 15:21 “Küknarlara məktub” növbəti dəfə Milli Dram Teatrının səhnəsində
- 14:46 “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ilk təlim Qusar teatrında təşkil edilib
- 14:42 Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb
- 10:04 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir
- 10:00 Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 91 ili tamam olur
- 09:46 Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub
- 09:17 “TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb
- 09:14 Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək
- 17:21 ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
- 15:50 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
- 14:32 Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
- 14:29 Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
- 12:11 Xalq artisti, bəstəkar Eldar Mansurov ilə görüş keçirilib
- 11:37 XIX Bakı Caz Festivalında 11 ölkədən ifaçılar çıxış edəcəklər
- 09:41 Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub
- 09:26 Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub
- 09:22 Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
- 14:34 Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib
- 12:03 Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir
- 11:30 Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam edir
- 10:06 Bu gün görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 85 ili tamam olur
- 09:28 Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib
- 09:23 Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
- 09:19 Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək
- 16:07 “Dayanıqlı sosial siyasətin Heydər Əliyev modeli” mövzusunda mühazirə keçirilib
- 16:03 Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib