XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Tofiq Hüseynovun anadan olmasının 75-ci ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2024 12:33

Tofiq Hüseynov 1949-cu il iyulun 24-də Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.

O, bir çox teatrların səhnəsində çalışıb, müxtəlif səpkili obrazlar yaradıb. Bunlardan Ü.Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F.Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T. Mütəlibbovun "Cücələrim"ində Tülkü, N. Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J. Anuyun "Medeya"sında Şah Kreon, O. Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, televiziya tamaşalarında isə "Metranpaj"da Kameyev, "Şkafda adam"da Ər və s. obrazlarını göstərmək olar. Tofiq Hüseynov Əməkdar artist fəxri adına layiq görülüb. Prezident mükafatçısı olub.

Azərbaycanın teatr və kino aktyoru 2020-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 177