XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var" layihəsi çərçivəsində Əməkdar artist Mətanət İsgəndərli konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2024 12:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında "Qonağımız var" layihəsi çərçivəsində Əməkdar artist  Mətanət İsgəndərli konsert proqramı ilə çıxış edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdən əvvəl sevilən müğənninin həyatı haqqında məlumat verilib, səhnə fəaliyyətindən söhbət açılıb.

Daha sonra “Səma” və "Aysel" rəqs ansambllarının müşayiəti ilə Mətanət İsgəndərli konsert proqramı ilə çıxış edərək, sevilən mahnılarını səsləndirib.

 

Baxış sayı: 205