XƏBƏRLƏR
MƏLUMAT
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2024 10:25

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi 2024-cü ilin 2 iyun tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir.

Test imtahanında keçid balını (minimal 35 bal) toplamış namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışlar.

Müsahibə mərhələsində iştirak üçün namizədlərin qeydiyyatı “my.culture.az”vahid şəxsi kabineti vasitəsilə cari ilin 23 -30 iyul tarixlərində aparılacaq.

Eyni zamanda, 2023-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində keçid balını toplamış, lakin müsahibə mərhələsində iştirak etməmiş və ya uğur qazana bilməmiş namizədlər də müsahibədə iştirak üçün qeydiyyatdan keçə bilərlər.

2023-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər “my.culture.az” vahid şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçməklə vakansiya seçimi edə biləcəklər.

Müsahibə mərhələsində və vakansiya seçimində iştirak üçün müraciət edən şəxslərin "Digital.Login" qeydiyyatının olması zəruridir.

Baxış sayı: 143