
1932-ci il yanvar ayının 27-də Bakıda ziyalı ailəsində dünyaya göz açan Çingiz Mehdiyev erkən yaşlarından nağara sənətinə maraq göstərib. Atası Həsənbala, anası Zəkiyyə xanım – hər ikisi ixtisasca müəllim idi. Ailənin yeganə oğul övladı Çingizi valideynləri həkim görmək istəyiblər.
1938-ci il ağır repressiya illəri Çingizin də ailəsindən yan keçməyib. Elimizə-obamıza başucalığı gətirən nə qədər ziyalı zindanlara salınıb. Onların arasında Çingizin atası, tanınmış müəllim Həsənbala Mehdiyev də olub.
Ana babası Qulam müəllim günlərin birində Çingizi konservatoriyada bir yerdə çalışdığı dahi Üzeyir bəy Hacıbəylinin yanına aparır. Üzeyir bəy Çingizin musiqi qabiliyyətini, ritmi tutmaq bacarığını və sənətə olan həvəsini görüb onun musiqi məktəbinin violançel sinfində oxumasına zəmanət verir. Lakin onun violançel sənətinə qətiyyən həvəsi yox idi, nağara çalmaq arzusu ilə yaşayırdı.
Orta məktəbi bitirəndə anası oğlunun sənədlərini Tibb İnstitutuna verir. “Xalq düşməni”nin oğlu olduğuna görə sənədlərini qəbul etmirlər. Anasının arzusu ürəyində qalır. Ağır zəmanəni, xalqa qənim kəsilən pis adamları lənətləyən ana kor-peşman evə qayıdır.
Həvəsdən düşməyən Çingiz 1948-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi texnikumunun zərb alətləri şöbəsinə daxil olur. Burada o bacarıqlı müəllimlərin köməyilə nağara sənətinin sirlərinə yiyələnir. Bir-birindən fərqli ritmlər çalmağa səy göstərir. Tələbə ikən müxtəlif konsert salonlarında çıxışlar edır. Öz ifası ilə tamaşaçılara xoş təsir bağışlayır.
1951-ci ildə texnikumun növbəti buraxılışı olacaqdı. Məlum olur ki, buraxılış komissiyasının sədri zəmanənin böyük bəstəkarı, gənc istedadların xeyirxahı, bəstəkar Qara Qarayev olacaq. Çingiz imtahanlara ciddi hazırlaşır. İki nağarada çaldığı solo musiqi nömrələri Qara müəllimin çox xoşuna gəlir. İmtahandan sonra yanına çağırıb özünəməxsus mehribanlıqla dedi: “Oğlum, sənin həvəslə və temperamentlə çalmağın xoşuma gəldi. Güclü biləyin var, ritmlərinin çağırış kimi səslənən, xoş ahəngini dinləyiciyə çatdırmağı yaxşı bacarırsan. Əgər təhsilini davam etdirmək istəsən, bizim konservatoriyaya sənədlərini verə bilərsən.”
Çingiz cavab verdi: “Böyük məmnuniyyətlə oxuyaram. Ancaq böyük bir problemim var. Atam “xalq düşməni” sayıldığından sənədlərimi Tibb İnstitutuna götürmədilər. Bu səbəbdən anamın məni həkim görmək arzusu ürəyində qaldı.”
Qara müəllim bu xəbərdən çox kövrəlib. Çingizin saçını tumarlayıb təkidlə deyib: “Sənədlərini hazırla, sən orda mütləq oxuyacaqsan.” Böyük bəstəkar, qayğıkeş insan öz sözünün üstündə durub. Çingiz 1951-ci ildə məşhur sənət ocağının zərb alətləri şöbəsinə daxil olub. Bəstəkar Həsən Rzayevdən dərs alıb.
Qədim milli alətimiz olan nağaranın ifa texnikasını artırmaq üçün Çingiz Mehdiyev bundan sonra gərgin məşqlər edir, axtarışlar aparır. Sevimli müəllimi Həsən Rzayevin dəyərli məsləhətləri və öz tələbəsinə həsr etdiyi “Nağara və estrada orkestri üçün rəqs ritmləri” Çingiz Mehdiyevin yaradıcılığında mühüm rol oynayır. Ali təhsili başa vuran kimi, Çingiz geniş ifaçılıq fəaliyyətinə başlayır. Yeni-yeni uğurlar əldə edir. Müxtəlif illərdə Azərbaycan gənclərinin respublika, ümumittifaq və 1957-ci ildə Moskvada keçirilən Ümumdünya Tələbə və Gənclər Festivalının laureatı və qızıl medalının sahibi olur. Vətənə qayıdır.
Hər üç festivalın qalibi olmuş Çingiz Mehdiyev dünyanın 30-dan çox ölkəsində – Almaniya, Türkiyə, Misir, Ərəbistan, Monqolustan, İtaliya, Əfqanıstan və bir çox digər xarici dövlətlərdə olur. Azərbaycan incəsənətinin adını daim uca tutaraq ölkəmizi layiqincə təmsil edir.
Ayrı-ayrı vaxtlarda böyük sənətkarlarımız Xalq artistləri Tofiq Quliyev, Arif Məlikov Çingiz Mehdiyevin uğurlarına yüksək qiymət veriblər.
Onun ən böyük xidmətlərindən biri də əsrlərin daş yaddaşı olan Qobustanda qaval daşında çalması idi. Çingizin bu ifasından vəcdə gələn Xalq şairi Nəriman Həsənzadə “Dədə Qorqudun sapand daşları” şeirində yazır:
Elə bil hardasa əsir od külək,
Nağara qışqırır yayır səsimi.
Bir dizin üstündə bərk durun görək,
İki əl fırladır Yer kürəsini
Çingiz Mehdiyevin çoxşaxəli zəngin yaradıcılıq yollarından biri də onun pedaqoji fəaliyyətidir. Uzun illər Yasamal rayonundakı Pionerlər evində çalışıb. İlk dəfə olaraq 1970-ci ildə “Ritmlər” qrupunu yaradır və zəngin təcrübəsini gənc nəslə həvəslə öyrədib. Bu illər ərzində böyük bir nağaraçalanlar ansamblı yetişdirib. Bu gün adları fəxrlə çəkilən Zöhrab Məmmədov, Səlim Quliyev, Tahir Hüseynov, Sahib Bünyatov, Rafiq Qurbanov və digərləri sənət uğurlarına görə öz ustadları olan Çingiz Mehdiyevə borcludurlar, onun adını daim uca tutur, ruhuna dualar edirlər.
Çox qısa zamanda “Ritmlər” ansamblı əvvəlcə dünya xalqları musiqi simpoziumunda, sonra isə Azərbaycan məktəblilərinin bədii özfəaliyyət festivallarında çıxışlar edərək qalib olub.
Çingiz Mehdiyevin yetirmələrindən biri də oğlu Həsən idi. O, kiçik yaşlarından musiqiyə həvəs göstərib, atasının sənət yolunu davam etdirmək üçün səylə çalışıb. Nəzəri bilikləri artırmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1982-ci ildə Aktyorlar evində Çingiz Mehdiyevin anadan olmasının 50 və yaradıcılığının 30 illiyində ata ilə oğulun ilk duet çıxışını tamaşaçılar böyük rəğbətlə qarşılayıblar. Bu duetin xoş sədası xarici ölkələrin mətbuatında da qeyd olunub.
Azərbaycan incəsənətindəki çoxillik səmərəli fəaliyyətinə görə Çingiz Həsənbala oğlu Mehdiyev 1989-cu ildə 58 yaşında “Əməkdar artist” adına layiq görülüb. 1992-ci il yanvar ayının 27-si M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında sevimli sənətkarın 60 illik yubileyi böyük təntənə ilə qeyd olunub.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə qarşıdurma, hakimiyyətsizlik, Qarabağdan hər gün alınan qara xəbərlər, insanların şəhid olması bütün insanlar kimi, Çingiz Mehdiyevi də sarsıdır, üzürdü. Belə bir vaxtda – 1992-ci ilin martında böyük sənətkar ürək çatışmazlığından dünyasını dəyişib. 2005-ci ilin mart ayında oğlu Həsən də bu xəstəlikdən vəfat edib.
Bu gün Çingizi tanıyanlar xeyli azalsa da, hələ də ölməz sənətinə rəğbət bəsləyənlər az deyil. Ən başlıcası, sənətkarın üç nəvəsi – Günay, Nihad, Ayla, nəticəsi Amin, Emin, tələbələri, sənət yolunun davamçıları varikən Çingiz Mehdiyev daim xatırlanacaq, nadir sənəti isə xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır.
Rafiq Salmanov,
Əməkdar mədəniyyət işçisi
- 11:13 20 Sentyabr Dövlət Suverenliyi Günüdür
- 10:47 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 17:06 Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
- 15:35 “Suveren dövlət – güclü gələcək” adlı tədbir keçirilib
- 15:09 "Antiterror: 23 saat" sənədli filmi nümayiş olunub
- 14:59 "Azərbaycanın Suverenlik yolunda qələbəsi" adlı dəyirmi masa keçirilib
- 14:53 Azərbaycan ilk dəfə Beynəlxalq Şüşə Biennalesində – “Dərviş” xalçası Sofiyada təqdim olunub
- 12:38 Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
- 16:45 “Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda tədbir keçirilib
- 15:19 Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
- 14:13 Milli Kitabxanada “Üzeyir Hacıbəyli – 140” adlı virtual və ənənəvi sərgi açılıb
- 10:29 18 sentyabr-Milli Musiqi Günüdür
- 09:38 Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:23 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb
- 09:12 Qətər Dövləti Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
- 14:49 “Milli musiqimizin əbədi zirvəsi” adlı tədbir keçirilib
- 14:41 “Atropatena” filminin çəkilişinə hazırlıq gedir
- 14:27 Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb
- 14:18 Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb
- 10:45 Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
- 10:09 18 Sentyabr – Milli Musiqi Günündə Üzeyir musiqisi bütün bölgələrdə səslənəcək!
- 09:30 Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib
- 09:27 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalının Proqramı
- 16:41 Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:00 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:54 11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
- 15:48 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
- 15:26 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 14:21 Dövlət Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivalın qalibi olub
- 12:06 “Milli Musiqimizin Dahisi –Üzeyir Hacıbəyov ” adlı tədbir keçirilib
- 10:42 "Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib
- 09:41 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 09:22 Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib
- 09:16 Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq
- 14:33 Özbəkistanda Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı olacaq
- 11:08 Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
- 09:23 Milli Kitabxanada “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb
- 09:19 Akademik Milli Dram Teatrı yeni mövsümü təntənə ilə açıq elan edib
- 15:53 Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başlanıb
- 10:07 Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb
- 10:02 ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub
- 09:17 İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
- 16:43 Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Milli Kitabxanası arasında onlayn görüş keçirilib
- 16:07 Xalq yazıçısı Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət olunub
- 12:36 “Zamansız və məkansız” sərgisinin açılışı
- 11:24 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçirilib
- 09:25 Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir
- 09:22 "Köhnə Bakı açıqcalarda" sərgisi açılıb
- 16:03 Bursada “Azərbaycan günləri” keçiriləcək
- 14:43 “Zəfər salnaməmiz” adlı tədbir keçirilib
- 12:37 Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır
- 10:53 Musiqi məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qeydiyyat müddəti uzadılıb
- 09:17 Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək
- 17:32 Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq
- 14:51 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçiriləcək
- 14:33 Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub
- 12:28 Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
- 09:35 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında iştirak edir
- 09:27 Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb
- 16:59 Yeni qısametrajlı melodram – “Şarlotta”