XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 15:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konserti keçirilib. 

Proqramda Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

 

Baxış sayı: 203