XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında “Bir ömrün dastanı” adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2023 17:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir ömrün dastanı” adlı tamaşa  nümayiş olunub.

Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri çıxış ediblər.

Tamaşanın ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru isə Əbülfəz Ramizoğludur.

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tamaşada Heydər Əliyevin bədii obrazı canlandırılıb, onun həyatı və siyasi fəaliyyəti ilə bağlı bir sıra məqamlar səhnələşdirilib. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə həmçinin Mədəniyyət Sarayının “Lalələr” rəqs kollektivinin gənc rəqqasları da çıxış ediblər.

Sonda tamaşada çıxış edən aktyorlar Mədəniyyət Sarayı tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Baxış sayı: 313