Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 112-ci ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Mərasimdə görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılıb. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün Türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafının Niyazinin adı ilə bağlı olduğunu vurğulayan natiqlər diqqətə çatdırıblar ki, o, dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını yazıb.
Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.
Qeyd edilib ki, bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.
- 15:31 Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur
- 15:12 “Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində
- 14:33 Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur
- 13:04 “Baku Steel Art 2024” sərgisində 7 ölkədən rəssamlar iştirak edəcək
- 11:22 “Elmimizin gələcəyi gənclərin əlindədir” adlı dəyirmi masa keçirilib
- 10:56 Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb
- 10:04 Bu gün Əməkdar artist Əli Zülalovun doğum günüdür
- 09:21 Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür
- 17:16 COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib
- 16:21 “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” adlı tədbir keçirilib
- 15:49 Gəncədə Nizami Günləri layihəsinin açılış mərasimi keçirilib
- 14:49 Kitabxanada gənc rəssam Ləman Əkbərovanın fərdi rəsm sərgisi açılıb
- 14:20 Şuşa Teatrı yeni mövsümün açılışına hazırlaşır
- 12:27 Rejissor Vasif Babayev şəxsi videokamerasını Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edib
- 11:12 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 10:27 Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illiyi ilə əlaqədar sərgi təşkil edilib
- 09:52 Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür
- 09:10 XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq
- 16:26 “Qurdoğlu” tarixi romanı işıq üzü görüb
- 13:54 “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib
- 11:37 Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 11:16 Beynəlxalq Muğam Mərkəzində kino və musiqi axşamı olub
- 10:51 “Mütaliə saatı” təşkil olunub
- 10:15 Azərbaycanlı alimin “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı təqdim olunub
- 10:04 Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür
- 09:10 Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq
- 14:43 Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq
- 12:00 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:34 Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb
- 09:27 Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
- 09:24 “Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib
- 16:30 Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:29 Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub
- 15:24 Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
- 14:55 “Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 12:32 Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür
- 12:18 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 11:57 Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 09:36 Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
- 09:31 Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib
- 09:17 Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
- 15:22 Azərbaycan Moskvada beynəlxalq festival çərçivəsində keçiriləcək konsertdə təmsil olunacaq
- 14:39 Vikipediyanın Türk dili bölməsində “Azərbaycan xalçası” səhifəsi istifadəyə verilib
- 14:25 Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub
- 14:10 Azərbaycan musiqiçiləri Gürcüstanda klassik musiqi festivalında iştirak edir
- 14:08 Azərbaycan Həştərxanda keçirilən Gənclər Forumunda təmsil olunub
- 12:25 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib
- 11:12 Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb
- 11:10 Mədəni irsin bir hissəsi olan çilçıraqlar
- 11:05 Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
- 11:04 Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür
- 10:58 “Qonağımız var” layihəsi davam edir
- 09:56 Bu gün görkəmli şair Salman Mümtazın anım günüdür
- 09:03 “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyi keçirilib
- 15:54 Qırğız yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı olub
- 14:56 “COP29: Məqsəd və hədəflər” adlı videoməlumat hazırlanıb
- 14:16 Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 14:14 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
- 12:52 Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib
- 12:14 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açılıb