
Noyabrın 20-21-də Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçirələcək. Tədbir AMEA-nın Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.
Türk xalqlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrdən biri də milli olduğu dərəcədə dünyəvi dəyərləri ifadə edən qədim nəfəs alətimiz olan balabandır. Balabanın adına “Kitabi - Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin, eləcə də orta əsrlərin qüdrətli musiqi xadimi Ədbülqadir Marağayinin risalələrində rast gəlinir. Hazırda balabanın kifayət qədər geniş repertuarı var. Tarixən zurnaçı və aşıq dəstələrində möhkəm yer tutmuş balabanda qədim xalq musiqi nümunələri, muğamlar məharətlə ifa edilir. Balabanın həzin və yumşaq tembri, ifaçılıq məziyyətləri Azərbaycan bəstəkarlarını da cəlb etmiş, müxtəlif janrlı əsərlərdə ondan solo və orkestr aləti kimi istifadə olunub.
Türk dünyasında musiqi folkloru zəngin, çoxqatlı, dinamik bir irsdir, sənət, həm də kollektiv mədəni kimliyin ifadə vasitəsidir. Musiqi folkloru vasitəsilə ötürülən kodlar milli-mədəni yaddaşın formalaşmasında aparıcı rol oynayır. Aşıq yaradıcılığı, xalq musiqisi (mahnılar və rəqs melodiyaları), milli musiqi ənənələri və yerli məktəblər, musiqi alətləri, onların semantik yükü simpoziumun əsas elmi obyektini təşkil edir.
Bununla yanaşı, simpoziumun əsas hədəflərindən biri Azərbaycan zurna-balaban məktəbinin görkəmli nümayəndəsi Əli Kərimov – Kalvalı Əli Dədə kimi tanınan ustad sənətkarın yaradıcılığı, təmsil etdiyi sənətə Türk dünyası kontekstində nəzər salınması, fərdi sənətkar taleyinin bütöv bir ənənənin kollektiv mədəni yaddaşdakı mövqeyi baxımından təhlilidir.
Simpoziumun keçirilməsində mühüm məqsədlərdən biri də türk xalqlarının maddi və qeyri-maddi irsinə, folklor nümunələrinə, musiqisinə, musiqi alətlərinə yönəlmiş özününküləşdirmə prosesinə - erməni saxtakarlıqlarına qarşı elmi arqumentlərlə cavab verməkdir.
Zurna, balaban, tar, kamança kimi alətlərin türk xalqlarından başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından özünəməxsus cəhətləri var. Ümum-Şərq mənəvi sərvət olan muğam ifaçılığında da bu alətlərlərdən istifadə olunur. Azərbaycan muğamı anlayışı bənzərsiz məzmun və ifaçılıq xüsusiyyətlərinə görə tanınmaqdadır. Bu istiqamətdə mövzuların simpozium çərçivəsində müzakirəsi olduqca aktualdır.
- 15:48 Milli Kitabxanada akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunmuş sərgi açılıb
- 15:04 Bakı şəhərində bir sıra musiqi və incəsənət məktəblərinə yeni direktorlar və direktor müavinləri təyin olunub
- 11:46 Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib
- 11:43 Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb
- 10:49 Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək
- 09:21 Maestro Niyazinin məzarı ziyarət olunub
- 12:30 Azərbaycanlı uşaqlar beynəlxalq incəsənət festivalından qələbə ilə qayıdıblar
- 09:31 Niyazinin doğum günündə möhtəşəm musiqi axşamı
- 09:27 Bu gün maestro Niyazinin anadan olmasının 113 ili tamam olur
- 09:23 Tanınmış şair Məmməd İsmayıl vəfat edib
- 09:21 Bu gün unudulmaz muğam ustası Xan Şuşinskinin doğum günüdür
- 16:02 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılacaq
- 14:30 Azərbaycanlı azyaşlı rəssamın əl işi Koreyada keçirilən sərgidə təltif olunub
- 12:21 Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir
- 10:19 Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verildi
- 09:18 Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
- 15:15 Gənclər Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 14:16 Şimali Makedoniyada gənc şair Fərid Hüseynin kitabının təqdimatı olub
- 14:14 Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək
- 09:46 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin növbəti uğuru
- 09:31 “TRT TÜRKÜ” radiosunda Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan veriliş yayımlanıb
- 09:22 Azərbaycan Budapeştdə keçirilən 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalında təmsil olunur
- 14:02 İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb
- 09:20 Milli Kitabxanada keçirilən tədbirlər CENL-in rəsmi saytında
- 15:22 Kamal Abdullanın “Seçmələrin seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olunub
- 14:39 A.B.Səfərovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 12:50 VIII Beynəlxalq Animasiya Festivalına hazırlıq işləri görülür
- 12:46 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq
- 12:07 Qarabağ Universiteti müəlliminin “Dərviş” adlı şüşə xalçası Sofiyada nümayiş etdiriləcək
- 10:29 İlk milli kinoaktrisa İzzət Orucovanın şərəfinə mükafat təsis edilib
- 10:23 “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib
- 09:12 “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası”
- 09:07 “Möhtəşəm Bakı” sərgisi – Finlandiyada Azərbaycan mədəniyyətinin parlaq təcəssümü
- 15:50 Əməkdar artist Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
- 15:27 Ərzurumda ”Can Azərbaycandan sevgilərlə” adlı konsert proqramı təşkil olunacaq
- 14:35 İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır
- 13:24 “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub
- 10:48 Bu gün Xalq artisti Azər Paşa Nemətovun doğum günüdür
- 10:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzində gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib
- 09:10 Attestasiyanın ikinci mərhələsinin nəticələri üzrə növbəti təlimlərə başlanılır
- 17:20 Milli Kitabxana Beynəlxalq Gənclər Günü münasibətilə virtual sərgini istifadəçilərə təqdim edib
- 14:53 “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı tədbir keçirilib
- 14:12 Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb
- 09:30 12 avqust - Beynəlxalq Gənclər Günüdür
- 09:28 Bu gün Xalq şairi Qabilin anadan olmasından 99 il ötür
- 09:15 “Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” mövzusunda məruzə dinlənilib
- 16:36 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası hazırlanıb
- 14:20 ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib
- 12:13 “Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri” adlı kitab Ankarada çap edilib
- 12:11 Bu gün görkəmli şair Zeynal Xəlilin anım günüdür
- 11:51 Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 09:32 İsveçdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
- 12:32 Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələrinin konserti keçirilib
- 14:38 Milli Kitabxanada “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb
- 12:14 Bu il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edilib
- 09:15 Bəxtiyar Vahabzadənin ev-muzeyində açılan sərgi avqustun sonunadək davam edəcək
- 17:32 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı virtual sərgi hazırlanıb
- 16:56 Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir
- 14:28 Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb
- 14:13 Prezident Kitabxanasında Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi açılıb