XƏBƏRLƏR
MƏLUMAT
“Həsrətə son” adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 11:21

Fevralın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xətai Rayon Mədəniyyət Mərkəzi və Şüvəlan qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Həsrətə son” adlı tamaşa nümayiş olunub.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra qeyd olunub ki,  bugün Azərbaycan xalqı tarixinin ən şanlı və qüdrətli dövrünü yaşayır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.

Bədii hissədə Xətai rayon Mədəniyyət Mərkəzinin “Qaravəlli” xalq teatrı üzvlərinin iştirakı ilə “Həsrətə son” adlı tamaşa nümayiş olunub. Tamaşanın ssenari müəllifi  Pərviz Qurbanlı, rejisoru isə Aysu Qarayevadır.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib və “Megas” qrupunun solistləri “Torpağın səsi” mahnısı ilə çıxış ediblər.

Baxış sayı: 304