Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” Riqa-Stokholm-Riqa 10-cu yubiley Beynəlxalq İncəsənət Müsabiqəsində Azərbaycanı təmsil edib.
Festival-müsabiqə 16-20 avqust tarixlərində keçirilib. Müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə baş tutan Festivalın açılışı Latviyanın paytaxtı Riqada, daha sonra isə18-19 avqust tarixlərində Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən "Romantika" gəmisində keçirilib.
“Günay” studiyasıFestival-müsabiqədə "Kitabi-Dədə-Qorqud" dastanı əsasında hazırlanmış "Üç ocaq"tamaşasını nümayiş etdirib.Tamaşa münsiflər heyətinin və tamaşaçıların təkcə marağına deyil, hətta göz yaşlarına səbəb olub.
Müsabiqənin nəticələri Qala konsertdə açıqlanıb. Festival- müsabiqəninQran-primükafatı Azərbaycanı layiqincə təmsil edən “Günay” studiyasına təqdimolunub.
Bütün kollektiv festivalın medalı ilə və 100 avro sertifikatı ilə təltif olunub. Gənc aktyorlardan- Leyla Əliyeva, Leyla Qədimli, Təyyar Cəbrayılbəyov və Tuncay Həmidli ən yaxşı rola görə diplomla təltif olunublar. Studiyanın bədii rəhbəri, ssenari müəllifi və quruluşçu rejissoru Larisa Viktorovna Tarusova festivalın idarə Heyəti tərəfindən münsif seçilib, gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.
Müsabiqə ərəfəsində - 17 avqust tarixində “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Səfirliyinin dəstəyi və gənc diaspor fəallarının təşkilatçılığı ilə Latviya Universitetinin Akademik Kitabxanasında keçirilmiş tədbirə Azərbaycan icması və Latviya ictimaiyyətinin nümayəndələri dəvət olunublar.
Proqramı giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat verib, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə Bakı Uşaq Teatrının “Günay” studiyasının fəaliyyətini yüksək qiymətləndirən Z.Dadaşzadə, Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzu edib.
Həmçinin çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev bugünkü tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb, “Günay” uşaq yaradıcılıq studiyasının gənc istedadlarına uğurlar arzu edib.
Sonra çıxış edən “Günay” teatr-studiyasının rəhbəri Larisa Tarusova studiyanın fəaliyyəti və gənc artistləri barədə danışıb, bugünkü tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Çıxışların ardınca “Günay” studiyasının gənc istedadları öz bacarıqlarını nümayiş etdiriblər.
Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilib, şerlər səsləndirilib. Xüsusilə Kitabi-Dədə Qorqud eposunun motivləri əsasında səhnələşdirilən “Üç Tonqal” tamaşası və “Arşın mal alan” operettasından qızların rəqsi tamaşaçıların böyük rəğbətini qazanıb.
Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirmiş, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu edib.
Konsert proqramından sonra qonaqlara Azərbaycan milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.
Festivaldan sonra isə Azərbaycanın Latviyadakı səfiri cənab Cavanşir Axundov "Günay" studiyasının kollektivini qəbul edib və iştirakçıları bu uğura görə təbrik edib. Bakı Uşaq Teatrının studiyasına təşəkkürnamə təqdim edib.
Azərbaycanın səfiri cənab Cavanşir Axundov L.Tarusovaya gənc aktyorların öz ölkələrinin layiqli vətəndaşları kimi yetişəcəklərinə və Azərbaycan mədəniyyətini daim təbliğ edəcəklərinə inandığını bildirib.
Bakı Uşaq Teatrının Günay teatr-studiyası Riqada olduğu müddət ərzində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Latviyadakı Səfiri Cavanşir Axundova, Zümrüd Dadaşzadəyə, Elnur Rəhimova və bütün səfirlik əməkdaşlarına dərin minnətdarlığını bildirib.
- 16:26 “Qurdoğlu” tarixi romanı işıq üzü görüb
- 13:54 “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib
- 11:37 Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 11:16 Beynəlxalq Muğam Mərkəzində kino və musiqi axşamı olub
- 10:51 “Mütaliə saatı” təşkil olunub
- 10:15 Azərbaycanlı alimin “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı təqdim olunub
- 10:04 Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür
- 09:10 Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq
- 14:43 Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq
- 12:00 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:34 Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb
- 09:27 Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
- 09:24 “Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib
- 16:30 Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:29 Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub
- 15:24 Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
- 14:55 “Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 12:32 Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür
- 12:18 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 11:57 Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 09:36 Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
- 09:31 Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib
- 09:17 Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
- 15:22 Azərbaycan Moskvada beynəlxalq festival çərçivəsində keçiriləcək konsertdə təmsil olunacaq
- 14:39 Vikipediyanın Türk dili bölməsində “Azərbaycan xalçası” səhifəsi istifadəyə verilib
- 14:25 Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub
- 14:10 Azərbaycan musiqiçiləri Gürcüstanda klassik musiqi festivalında iştirak edir
- 14:08 Azərbaycan Həştərxanda keçirilən Gənclər Forumunda təmsil olunub
- 12:25 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib
- 11:12 Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb
- 11:10 Mədəni irsin bir hissəsi olan çilçıraqlar
- 11:05 Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
- 11:04 Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür
- 10:58 “Qonağımız var” layihəsi davam edir
- 09:56 Bu gün görkəmli şair Salman Mümtazın anım günüdür
- 09:03 “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyi keçirilib
- 15:54 Qırğız yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı olub
- 14:56 “COP29: Məqsəd və hədəflər” adlı videoməlumat hazırlanıb
- 14:16 Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 14:14 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
- 12:52 Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib
- 12:14 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açılıb
- 11:37 Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür
- 11:35 ICESCO İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş “Poeziya şəhərləri” müsabiqəsi elan edib
- 10:56 Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
- 09:58 Bu gün Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür
- 09:46 Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
- 09:11 Azərbaycan filmi Antalya Beynəlxalq Film Festivalında müsabiqə proqramına daxil edilib
- 17:47 Sahib Paşazadə: “Şərq təranələri” Festivalında Azərbaycanın ilk dəfə münsiflər heyətinə sədrlik etməsi böyük qürur hissi yaradır
- 16:26 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
- 16:19 Polad Bülbüloğlu ikinci Ermitaj Mükafatının laureatı olub
- 15:23 Kitabxana növbəti dəfə “Səyyar kitabxana” xidməti göstərib
- 14:59 “İranə Qasımova ilə açıq poeziya mikrofonu” layihəsinin beş ili tamam olub
- 14:54 Türkiyənin nüfuzlu Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması müzakirə olunub
- 14:18 Məlahət Abbasova Türkiyədə “Ən yaxşı qadın aktrisa” mükafatına namizəddir
- 14:12 Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır
- 12:38 “Biz bütöv yer üzündə sülhün tərəfdarıyıq!” adlı videoçarx hazırlanıb
- 10:40 Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür
- 10:36 Azərbaycanda ilk dəfə Baku Cinema Breeze beynəlxalq film festivalı keçiriləcək
- 10:11 Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq