XƏBƏRLƏR
MƏLUMAT
“Dünyanın yeddi möcüzəsi” haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2021 03:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı S.İsmayılova “Dünyanın yeddi möcüzəsi” haqqında videoçarx hazırlayıb.

Dünyanın yeddi möcüzəsi — Antik dünyada inşa edilən Misir piramidaları, İsgəndəriyyə mayakı, Babilin asma bağları, Artemis məbədi, Rodos heykəli, Bodrum mavzoleyi və Olimpdə Zevsin Heykəli. Bunların möcüzə olmalarının səbəbi dövrün texnikalarına və imkanlarına görə böyük səylər tələb etməsidir.

Qədim dünyanın yeddi möcüzəsi haqqında tarix boyu çox danışılıb, çox yazılıb. Bəlkə, siz də bu barədə çox oxumusunuz. Çünki bu "möcüzələr" əsrlər keçməsinə baxmayaraq, daim aktualdır. Aktual olduğu qədər də maraqlı və sirlidir. Hər birinin öz tarixi, bilinən və bilinməyən xeyli tərəfi var.

Bu videoçarxda qədim dünyanın yeddi möcüzəsinin hər birinin hekayəsi haqqında qısa məlumat verilib.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.facebook.com/100007549111926/videos/2791785714416372/

https://www.instagram.com/tv/CP9Di8KhHTX/?utm_source=ig_web_copy_link

Baxış sayı: 698