XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Roza Cəlilovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2020 02:01

Roza İsmayıl qızı Cəlilova 1929-cu il mayin 17-də doğulub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra, iİkiilM.F.AxundovadınaOperavə BaletTeatrınınbalettruppasında çalışıb.

1949-cu ildə təmayülünü dəyişərək M.Maqomaev adina Azərbaycan Dövlət Filarmoniyasının Mahni və Rəqs Ansamblına keçib. İlk baxışda bu gözlənilməz bir qərar kimi görünsə də, Roza Cəlilovanın sənət yönümünü dəyişməsinin mənəvi-psixoloji səbəbləri var. Əsas amillərdən biri bu idi ki, 1940-ci illər Azərbaycan milli musiqisinin sürətlə çiçəkləndiyi dövrlər idi. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-cü illərdə isə qrupa rəhbərlik edib. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-da, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərini yaradıb.

Roza Cəlilovada istedadla bərabər, Xoreoqrafiya Məktəbindən əxz etdiyi professional hazırlığı da vardı. Roza Cəlilova səhnəyə professional hazırlıqla gələn ilk rəqqasə idi. Bu keyfiyyətləri sayəsində rəqqasə iki il sonra sənətdə bir-birinin ardinca böyük uğurlara imza atmağa başlayıb. Onun ən üstün cəhəti professional rəqslə folkloru məharətlə birləşdirməsi idi. Lirik süjeti, bədən plastikasi və kəpənək uçusunu xatırladan zərif əl hərəkətiylə rəqqasə, hər bir rəqsində (“Ağ çiçəyim”, “Lalə”, “Bənövşə”, “Qəşəngi”, “Qaragöz” və s.) mükəmməl, bitkin bir sənət əsəri yaradıb.

Rəqqasə parlaq ifaçılığıyla yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə həyata vəsiqə alan “Gülüstan” Mahnı və Rəqs Ansamblı isə tam mənada Roza Cəlilovanın sənət övladıdır. Yüksək professional səviyyə və tərkibinə görə “Gülüstan” ansamblı qısa zamanda populyarlaşaraq xarici ölkərərdən dalbadal dəvətlər almağa başlayır.

“Gülüstan” ansamblı ilə bərabər Roza Cəlilova Bakı Dövlət Universitetinin nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edirdi.

Hal-hazırda pedaqoji fəaliyyətə keçərək Milli Konservatoriyanın nəzdindəki Gimnaziyada tələbələrə xoreoqrafiya sənətinin incəliklərini öyrədir.

Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”, 2007-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə, Roza İsmayıl qızı Cəlilovanı “Şöhrət” ordeni ilə təltif edib.

Baxış sayı: 1117