XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Tünzalə Əliyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 09:35

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olub.

Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonrada Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Oradan çıxıb Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pulhərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "Oolmasın, buolsun"), Nanı Kişi (İftixar, "Danyeri söküləndə") rollarını uğurla ifa edib.

ATV kanalında "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısı olub.

2007-ci ildə Əməkdar artist Fəxri adına layiq görülüb. 22 yanvar 2023-cü il tarixində uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Baxış sayı: 146