XƏBƏRLƏR
MƏLUMAT
"Bir əsərin tarixçəsi" layihəsində Ernest Heminqueyin "Əlvida, silah" əsəri haqqında məlumat verilib
ÜMÜMİ XƏBƏRLƏR
02/07/2021 05:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1nömrəli filialı "Bir əsərin tarixçəsi" layihəsində Ernest Heminqueyin "Əlvida, silah" əsəri haqqında izləyicilərə məlumat verib.

Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.

Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə “Savaşda eşq”, “Gözoxşayan”, “Vaxt da yetər, sülh də”, "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, “Əlvida, silah!” (1929) adının üstündə dayanıb.

Əsər Üçüncü Reyx tərəfindən qadağan olunub.

Yazıçı 1958-ci ildə “The Paris Review” jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-ın Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub.

Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunub. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetiriblər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyiblər.

Baxış sayı: 142