XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində Səməd Vurğuna həsr olunmuş musiqili-poeziya gecəsi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2024 09:24

Bakıdakı Rus evində böyük Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığına həsr olunmuş musiqili-poeziya gecəsi keçirilib.

AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbi Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri Alina Talıbova şairin yaradıcılığının əhəmiyyətindən söz açıb, xüsusilə Səməd Vurğunun poeziyasının bizim dövrümüzdə də əhəmiyyətini və aktuallığını itirmədiyini vurğulayıb.

Poeziya gecəsini “Lalələr” uşaq ansamblının yetirmələrinin, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin şagirdlərinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunlarının, eləcə də gənc istedadlı şairlərin parlaq çıxışları bəzəyib.

“Kitablar və yubilyar yazıçılar” ədəbi layihəsinin qaliblərinə diplomları tədbirin fəxri qonağı, Səməd Vurğunun nəvəsi, respublika və beynəlxalq müsabiqələr və festivallar laureatı Vurğun Vəkilov təqdim edib.

Musiqili-poeziya gecəsinə Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina yekun vurub.

Baxış sayı: 180