XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində rəssam Elina Lobodenkonun sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 09:23

Bakıdakı Rus evində Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Elina Lobodenkonun fərdi sərgisinin açılışı olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub. Sərgidə əsasən abstrakt rəsmlər olmaqla, rəssamın 24 əsəri təqdim olunub.

Bakıdakı Rus evinin rəhbərinin müavini Dmitri Yeqorov, eləcə də tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina qonaqların qarşısında çıxış ediblər.

Tədbirin təntənəli hissəsinin başa çatmasından sonra qonaqlara Alyona İnyakina, beynəlxalq müsabiqələr laureatları: BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri: Kamilla İmanova, Fərhad Ələkbərov, Elyara Əliyeva və Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifasını ehtiva edən musiqi proqramı təqdim olunub.

Elina Lobodenko Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunudur, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində rəssamdır. Dizayner düşüncəli rəssam abstraksiyaya meyillidir. Onun üçün anadangəlmə əlçatmaz olan səslər dünyasını Elina böyük yaradıcılıq fantaziyası ilə görünməz rənglər aləmi palitrası ilə kompensasiya edir. Onun rəsm əsərləri hər zaman xətlər, rəng ləkələri və həndəsi formalar xaosunda ritmik harmoniya axtarışıdır.

Baxış sayı: 201