XƏBƏRLƏR
MƏLUMAT
Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
ÜMÜMİ XƏBƏRLƏR
28/07/2025 11:09

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Türkiyə paytaxtında yerləşən baş katibliyinin binasında avqustun 1-də “Şuşa” kitabının təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı haqqında kitabın çapdan çıxmasına həsr olunmuş tədbirin keçirilməsinə Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Ankaradakı səfirliyi də dəstək göstərib.

TÜRKSOY-un Baş katibi Sultan Raevin adından göndərilən dəvətnamədə bundan əvvəl Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin tarixi əhəmiyyətinə diqqət yetirilir.

Təşkilatın Baş katibi Şuşanı “Qarabağın tacı” və “Qafqazın incisi” adlandırır.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 98