“Qərbi Azərbaycan folkloru” seriyasının IV cildi çapdan çıxıb. AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən kitabdakı materiallar müxtəlif illərdə filologiya elmləri doktorları Hikmət Quliyev, Səfa Qarayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) tərəfindən toplanıb.
Kitabın tərtibçisi və ön söz müəllifi Ləman Vaqifqızı, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.
Kitabdakı materiallar Bakı və Naftalan şəhərlərində, Şəki və Goranboy rayonlarında, eləcə də Türkiyənin İğdır bölgəsində məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanıb. Toplu “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “İnanclar”, “Türkəçarələr və bitkilər haqqında məlumat”, “Yuxuyozmalar”, “Etnoqrafik mətnlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Bayatı, nanay və mahnılar”, “Ağılar”, “Atalar sözləri və deyimlər”, “Alqışlar”, “Oyun və tamaşalar”, “Adlar” bölmələrindən ibarətdir.
Topluda təqdim olunan 20-dən artıq nağıl nümunəsi – “Şahzadə Saleh”, “Qəşəmin nağılı”, “Atı üç qıçlı Göygöz Kosa”, “İlan oğlan Mirzəbəy və şah qızının nağılı” və digərləri həm süjet və motiv baxımından, həm də söyləyicilərinin qoruduğu ənənəvi təhkiyə üslubu ilə diqqət çəkir. Həmin mətnlərin söyləyicilərinə nəzər yetirəndə onların əksəriyyətinin ötən əsrin əvvəllərində Göyçə və Dərələyəz mahalları, Zəngibasar, Qarakilsə və Basarkeçər rayonlarında doğulduğu məlum olur. Bu isə tədqiqatçılara əvvəlki dövrün folklor söyləyiciliyi ilə müasir dövrün folklor söyləyiciliyi arasındakı fərqləri görməyə imkan verəcək. Yerli koloritin canlı şəkildə əks olunduğu mətnlər Azərbaycanın şifahi ənənəsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nəşrdə yer alan folklor nümunələri spesifik xüsusiyyətləri ilə də seçilir. Belə ki, indiyədək toplanmış mətnlərdə “ocağın küsüb yerini dəyişməsi” ilə bağlı təsvirə rast gəlinmədiyi halda, bu topluda Göyçə mahalının İnəkdağı kənd sakininin söylədiyi bir rəvayətdə bundan söhbət gedir. Yaxud ilin axır çərşənbəsində icra olunan fallarla bağlı indiyədək çoxsaylı faktlar qeydə alınsa da, topluya bu fallarla bağlı yeni nümunələr daxil edilib. İnanclar bölməsində verilmiş “Çatma qurmaq”, “Tac qurmaq”la bağlı mətnlər də (bir-birinin variantıdır) bu qəbildəndir. Kitabda oyunlarla yanaşı, tamaşalara da yer verilib.
Azərbaycanın müxtəlif bölgələrində maraqlı şəxs adlarına çox rast gəlinsə də, bunların toplanılması, araşdırılması diqqətdən kənarda qalmışdı. Halbuki şəxs adlarının sistemli şəkildə öyrənilməsi bir çox mətləblərdən xəbər verə bilər. Bunu nəzərə alaraq topluya daha çox Qərbi Azərbaycan əhalisi arasında yayğın olan şəxs adları da daxil edilib.
“Qərbi Azərbaycan folkloru” seriyası tarixi Azərbaycan torpaqlarının əzəli sakinlərinin – Qərbi azərbaycanlıların mənəvi dünyasının, tarixi yaddaşının və dil-üslub xüsusiyyətlərinin qorunub gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib