XƏBƏRLƏR
MƏLUMAT
17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2022 00:26

Noyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Ə.Əmirov adına Mədəniyyət Sarayı ilə birlikdə Şağan Reablitasiya Pansionatında Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Qarabağ uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Badamdar qəsəbə Mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. 

Sonra konsert proqramı təqdim edilib. Konsertdə müğənnilər Rüfət Xəlilov, Nəzakət Vüqarlı, Namiq Xəlilov, Svetlana Quliyeva, Aydan Rəcəbəliyeva və saz ifaçısı Seymur Borçalı vətənpərvərliyə həsr olunmuş mahnılarla çıxış ediblər.

Baxış sayı: 240