XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzinə 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 14:56

Mayın 17-dəBakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü çərçivəsində ekskursiya təşkil edilib.

Ekskursiyada Yasamal rayonunda yerləşən 18, 31 saylı tam orta məktəblərin şagirdləri, Bakı Rabitə və Nəqliyyat kollecinin tələbələri iştirak edib.

Ekskursiya iştirakçıları əvvəlcə Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar.Mərkəzin əməkdaşı iştirakçılara Mərkəz haqqında məlumat verərək bildiribki, burada ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən eksponat, fotoşəkillər və kitablar, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Ekspozisiyada nümayiş etdiriləneksponatlar, dəyərli məlumatlar   ziyarətçilərdə böyük təəssürat oyadıb.

Baxış sayı: 94569