XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar "Açıq qapı" günləri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar "Açıq qapı" günləri keçirilib. Açıq qapı günləri ərəfəsində Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin, XDTG-nın və Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərin müəllim və şagird kollektivləri, rayon ictimayyətinin nümayəndələri və rayon sakinləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı  Ümummilli Liderin həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən fotostendlərə baxış keçirilib, "Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir" mövzusunda elektron sərgi ilə tanış olub, xüsusi fərdi səs sistemi olan oturacaq və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz İradə" filminə baxıblar.

Mərkəzin ətrafında təşkil olunmuş rayon məktəblilərinin çəkdikləri “Rənglərin festivalı” sərgisi və Mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olub, Mərkəzin 3-cü mərtəbəsində Ulu Öndər Heydər Əliyeva həsr olunmuş "Xatirələr", "Millət atası" və "Xilaskar" filmlərini izləyiblər.

Baxış sayı: 58429