XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış uşaq yazarı Gülzar İbrahimova ilə görüş
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 08:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 4 saylı filialının nəzdindəki Səməd Vurğun Poeziya Ocağının dəstəyi ilə  28 may–Respublika Günü ilə əlaqədar tanınmış uşaq yazarı Gülzar İbrahimova ilə  görüş keçirilib.

İlk olaraq tədbirin aparıcısı, kitabxananın əməkdaşı, Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz  Mansurova Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait haqqında söhbət açıb.

Tədbirdə Gülzar İbrahimova Həştərxanda keçirilən Uşaq Kitab Bayramı haqqında öz təəssüratlarını bölüşüb, kitabxana filialının müdiri Turanə Əmirova şagirdlərin dünyagörüşünün formalaşmasında bu cür tədbirlərin böyük rolu olduğu söyləyib.

Sonra böyük kitabxanaçı Hilanə Babayeva Gülzar İbrahimovanın kitablarının uşaqlar tərəfindən həvəslə oxunduğunu bildirib.

Telman Abbasov adına 225 saylı tam orta məktəbin şagirdləri, oxucuları is’ “Gülzar nənə”nin yaradıcılığından seçmələr əsasında ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Tədbirdə həmçinin  94 saylı uşaq bağçasının uşaqları da iştirak ediblər.

Fəallıq göstərən uşaqlara hədiyyələr təqdim olunub.

Baxış sayı: 38836