XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Sən əbədi bir ocaqsan, Azərbaycan” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 14:01

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı Respublika günü münasibəti ilə 7 saylı bağçanın uşaqları ilə birlikdə “Sən əbədi bir ocaqsan, Azərbaycan” adlı tədbir keçirilib.

Tədbiri açan Sevda Nəbiyeva qeyd edib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində, bu işıqlı may günündə arzusuna qovuşub. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yaranması dünyaya bəyan edilib.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, onun adını əbədi yaşadacaq. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun görkəmli şəxsiyyətlərinin fəaliyyəti dərindən öyrənilməli, ideyaları təbliğ edilməli, təcrübəsindən bəhrələnilməlir.

Sonra müəllim Zemfira Məmmədova bildirib ki, zaman-zaman Azərbaycanın tarixində sevincli, kədərli günlər olub. Hamısı da bir tarix olaraq Vətnimizin yaddaşında həkk olunub. Vətən əzizdir,Vətən doğmadır.Onu qorumaq və sevmək hər birimizin müqəddəs borcudur.

Söz uşaqlara verilib, onlar şer söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

 

Baxış sayı: 69922