XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialında "15 İyun Milli Qurtuluş Günü" başlığı altında söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 14:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı filialında "15 İyun Milli Qurtuluş Günü" başlığı altında söhbət keçirilib.

Söhbətdə 248 saylı tam orta məktəbin müəlliməsi Samirə Həsənova və şagirdlər iştirak ediblər.

Filialının müdiri Esmira Əliyeva tədbir işrirakçılarını  bayram münasibəti ilə təbrik edərək qeyd edib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və bu tarixi xalqımız "Milli Qurtuluş Günü" kimi qeyd edir.

Filialın böyük kitabxanaçısı Nailə İsmayılova oxuculara 1993-cü ildə Heydər Əliyevin  Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratmağından geniş məlumat verib. Sonra şagirdlər Azərbaycan haqqında şeirlər söyləyiblər.

Sonda mövzu ilə əlaqədar tərtib edilmiş sərgiyə baxış keçirilib.

Baxış sayı: 63964