XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qayıdış” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 15:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin ​Yasamal​ rayon​ Heydər​ Əliyev​ Mərkəzində 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Qayıdış” adlı tədbir keçirilib.

Qonaqlar ilk öncə Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib əziz xatirəsini yad ediblər. Ardınca Mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Çıxışçılarbildirib ki, Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib.

Bədii hissədə 308 nömrəli tam orta məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirib.Sonda rəssamlara sərgidə iştiraklarına görə Mərkəz tərəfindən  diplomlar təqdim olunub.

Baxış sayı: 362