XƏBƏRLƏR
MƏLUMAT
“Vətənpərvərlik və müasir gənclik” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2024 16:48

Fevralın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Vətənpərvərlik və müasir gənclik” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, Vətən müharibəsi iştirakçıları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışçılar gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik ediblər. Qeyd olunub ki, ölkəmizin igid, qəhrəman gəncləri sayəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam bərpa olunub. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib, gənclərin məşğulluğunu, sosial müdafiəsinin təmin olunmasını stimullaşdırıb.

Tədbirin bədii hissəsində şeirlər səsləndirilib, xalq mahnıları ifa edilib və rəqslər nümayiş olunub.

Sonda Suraxanı Gənclər Evinin dərnək üzvlərinin, 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin və rayon məktəblilərinin əl işləri və rəsm əsərlərindən ibarət “Gənclərin hər işində bir vətənpərvərlik nümunəsi var” adlı sərgiyə baxış keçirilib.

Baxış sayı: 437