XƏBƏRLƏR
MƏLUMAT
“Vətəni yaşadanlar” rubrikasında Ramiz Ağayev
ÜMÜMİ XƏBƏRLƏR
25/07/2022 00:51

Ramiz Ağayev 1993-cü il iyulun 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub.

Subay idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramiz Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Ağayev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Vətən uğrunda", 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə  təltif edilib.

Baxış sayı: 386