XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
31/07/2025 10:14

Bu gün Xalq artisti, Azərbaycan teatr və kino aktyoru Vaqif Əliyevin anadan olmasının 85-ci ili tamam olur.

Vaqif Əliyev 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1962-ci ildə M.Ə.Əliyev adına Teatr institutuna daxil olub. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100-dən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 2000-ci ildə Bakı Bələdiyyə Teatrında çalışıb. Filmlərə (“Ağ atlı oğlan”, “Yük”, “Biz qayıdacağıq”) çəkilib.

Azərbaycan teatr və kino aktyoru Vaqif Əliyev 2021-ci ildə vəfat edib.

Baxış sayı: 434