XƏBƏRLƏR
MƏLUMAT
"Əlvida, Şmidt!" bədii filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2025 12:36

Azərbaycan Kinosu Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində 1 avqust 2025-ci il tarixində Xətai rayonu, Heydər Əliyev adına parkın amfiteatrında keçirilən açıq hava film nümayişi ictimaiyyətin geniş marağı ilə qarşılandı!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmidt!” bədii filmi nümayiş olundu. Film nümayişindən əvvəl təşkil olunan açılış hissəsində çıxışlara yer verildi. Çıxış edən ARKA-nın şöbə müdiri Turan Məmmədli qurumun fəaliyyəti, Azərbaycan kinosunun bugünkü inkişafı və gələcək perspektivləri barədə iştirakçılara məlumat verdi.

Tamaşaçılarla birbaşa ünsiyyət və filmin yaradıcı heyəti ilə görüş tədbiri daha da maraqlı və interaktiv etdi. Saat 20:00-da başlayan tədbir dolu auditoriya, xoş ab-hava və bayram əhval-ruhiyyəsi ilə yadda qaldı. “Kino səni gözləyir!” devizi altında keçirilən bu açıq hava seansı, həmçinin gənc tamaşaçıların Azərbaycan kinosuna marağının artdığını bir daha göstərdi.

Baxış sayı: 45