
Türk yazıçısı Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbulda imkanlı və ziyalı ailədə anadan olub. 3 il Nyu-Yorkda yaşadığını nəzərə almasaq, demək olar ki, bütün həyatını elə İstanbulda keçirib. Təhsilini şəhərin elitar məktəblərindən sayılan Robert Kollecdə alıb. O, 3 il İstanbul Texniki Universitetində, paralel olaraq, İstanbul Universiteti nəzdindəki jurnalistika İnstitutunda təhsil alıb.
Orxan Pamuk müntəzəm olaraq, 1974-cü ildən – 22 yaşından yazmağa başlayıb. Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 20-yə yaxın nüfuzlu ədəbi mükafat qazanıb. Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri mükafatlar var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatıb.
"Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə, Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxildir.
Pamuk yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıxıb və dərhal da diqqəti çəkərək "Yəhya Kamal" roman mükafatını alıb. Tarixi mövzuda yazılmış "Ağ qala" (1985) romanı isə yazıçıya beynəlxalq miqyasda şöhrət qazandırıb. Əsərin çapından az sonra "Nyu-York Tayms" qəzeti yazıb: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orxan Pamukdur".
Türk ədəbiyyatında postmodern üslubun ilk təmsilçilərindən olan Orxan Pamuk türk ədəbiyyatına ən böyük hədiyyəni verib.
Şərq və Qərb mədəniyyətlərinin üz-üzə gəldiyi mistik XVI əsr İstanbulunun bitib-tükənmək bilməyən əsrarlarından söz açan "Mənim adım qırmızı" romanı ilə Orxan Pamuk dünya ədəbiyyatının tanınan simalarından birinə çevrilib. Tək bir il ərzində bu əsər 24 dilə tərcümə olunub. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanın ən yaxşı nümunələrindən biri sayılmaqdadır.
"Mənim adım qırmızı" Nobel mükafatı almamışdan öncə son 5-6 il adı Nobel mükafatçıları arasında çəkilən Pamuka 2005-ci ildə bir İsveç qəzetinə kürdlər və ermənilərlə bağlı verdiyi açıqlama ilə bağlı dava açılıb, yazıçının bu sözləri "Nobel" ala bilmək üçün söylədiyi iddia edilib.
Nobel ədəbiyyat mükafatını qazanan ingilis yazıçı Harold Pinter xəbəri eşitdikdən sonra mükafatın ona niyə verilmədiyini başa düşmədiyini, Nobeli Orxan Pamukun haqlı olaraq aldığını deyib.
Həm də "Mənim adım qırmızı" romanı ABŞ-da 11 sentyabr hadisələrindən 1 həftə əvvəl satışa çıxarılıb. Yazıçı özü burada kədərli bir istehza görür. Belə ki, bu əsərdə söhbət məhz elə iki sivilizasiyanın – İslamla Qərbin toqquşmasından gedir. Bu romana görə, 2003-cü il iyunun 14-də ən sanballı mükafatlardan biri – İMPAC Beynəlxalq Dublin mükafatı təqdim edilib. Bu, ədəbiyyat sahəsində maliyyə baxımından ən sanballı – 100 min avro dəyərində mükafatlardan biridir.
Orxan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Xatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir. "Qar" romanında müəllif Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilib. 2005-ci ildə ingilis dilinə çevrilmiş bu əsər ABŞ-da ilin 10 ən mühüm bədii nailiyyətləri sırasında özünə yer alıb.
90-cı illərin ortalarından etibarən Qərbdə yaxşı tanınması və nüfuz qazanması nəticəsində Orxan Pamuk Türkiyədə cərəyan edən ictimai və siyasi proseslərlə bağlı daha sərt açıqlamalar verib. 2005-ci iln fevralında onun İsveçrədə çıxmış "Das Maqazin" jurnalına müsahibədə Türkiyəni nəzərdə tutaraq dediyi – "Bu torpaqlarda 30 min kürd və 1 milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir" – sözləri yazıçının vətənində əsl fırtına yaradıb. Mətbuatın fəal iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə "türklüyə həqarət" ittihamı ilə məhkəməyə verilib. Günahkar sayılacağı təqdirdə yazıçını 6 aydan 3 ilə qədər həbs cəzası gözləyirdi.
Lakin Türkiyə Ədliyyə Nazirliyinin müvafiq razılığı olmadığından məhkəmə yarımçıq buraxılıb. Şübhəsiz, çağdaş dünyanın Joze Saramaqo, Qabriel Qarsiya Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes, Xuan Qoytisalo, Con Apdayk, Mario Varqas Lyosa kimi tanınmış sənətkarlarının Pamuka dəstək aksiyasının da mühüm rolu olub. Məhkəmənin hazırlıq iclasının keçirildiyi 19 dekabr 2005-ci il tarixində Erol Manisalının "Cümhuriyyət" qəzetində çap etdirdiyi "Orxan Pamuk Nobeli qarantiledi" məqaləsi yazıçını məhz bu mükafata görə vətəninə böhtan atmaqda suçlayanların əlinə ən yaxşı imkan verib.
2006-cı ilin Nobel seçimində Orxan Pamukun rəqibi suriyalı şair Əli Əhmən Səid (Adonis) idi. İsveç Akademiyasının bəzi üzvlərinin əvvəllər də nominant olmuş ərəb şairinə rəğbət bəslədikləri sirr deyildi. Lakin gizli səsvermə qələbənin Orxan Pamuka qismət olduğunu üzə çıxarıb. Akademiyanın qərarının preampulası, həmişəki kimi, bəlağətli idi. Türk romançısı "doğulduğu şəhərin melanxolik ruhunun izlərini axtararkən mədəniyyətlərin bir-birləri ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün yeni rəmzlər tapdığına görə" Nobel mükafatı qazanıb. Pamuk 2006-cı il dekabrın 7-də İsveç Akademiyasında türk dilində "Babamın bavulu" adlı Nobel mühazirəsi oxuyub, dekabrın 10-da isə İsveç kralı Qustavın əlindən Nobel mükafatının qızıl medalını və diplomunu alıb.
Orxan Pamuk 1982-ci ildə tarixçi Aylin Turegenlə evlənib. 1985-1988-ci illərdə xanımı Kolumbiya Universitetində dissertasiya yazdığı dövrdə Pamuk da Nyu-Yorkda yaşayıb və "Qara kitab" romanını burada tamamlayıb. Onların 1991-ci ildə doğulmuş Röya adlı qızları var. 2001-ci ildə yazıçı ilə xanımı boşanıblar.
Türkiyədə həyatına hər an təhlükə gözlədiyini iddia edən Orxan Pamuk 2007-ci ilin fevral ayından ABŞ-da yaşayır. Amerika telekanallarından birinə verdiyi müsahibədə o, deyib: "İndi Türkiyədə vəziyyət çox gərgindir. Ziyalıların başı üzərində həmişə məhkəmə təqibləri, hətta ölüm təhlükəsi var. Mənim yazıçı, jurnalist dostlarımdan çoxu ya məhbəsdə, ya da istintaq altındadırlar".
Orxan Pamuk Azərbaycan Yazıçılarının XI Qurultayında (2004-cü il) iştirak edib və AYB-nin fəxri üzvüdür. Yazıçının bir sıra əsərləri ("Qar", "Mənim adım qırmızı", "Yeni həyat", "Gizli üz", "Bəyaz qala") Azərbaycan dilinə çevrilib və kitab şəklində çap edilib, yaradıcılığı haqqında namizədlik dissertasiyası və məqalələr yazılıb.
Türkcədən çevirib: Aynur Baxşəliyeva
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub
- 16:01 Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib
- 15:19 UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqəsinə müraciətin vaxtı uzadılıb
- 14:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:18 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
- 12:33 Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur
- 09:48 Şuşada Vaqif Poeziya Günləri çərçivəsində konsert keçirilib
- 09:44 Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub
- 09:31 Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir
- 09:25 “MətbuArt” beynəlxalq incəsənət simpoziumu yekunlaşıb
- 17:01 Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 16:01 İstanbulda Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirilib
- 14:37 Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub
- 14:35 Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb