XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünyaya doğru” adlı rəsm müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 15:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyaya doğru” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə Suraxanı rayon tam orta məktəblərin  şagirdləri iştirak ediblər.

İlk öncə şagirdlər Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.

Canlı formatda keçirilən müsabiqəyə təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verilməklə peşəkar rəssam münsiflər tərəfindən I,II,III yerlər müəyyən edilib.

Müsabiqədə 76 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Yağmur Elşən qızı Qasımlı I yerə,  279 nömrəli tam orta məktəbin 9-cu  sinif şagirdi Nigar Fuad qızı Xələfova II yerə, 285 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həcər Əsgər qızı Məmmədova III yerə layiq görülüblər.

Qaliblər Mərkəzin Fəxri Fərmanı ilə, digər iştikçılar isə Təşəkkürnamə ilə təltif olunublar.

Müsabiqədən sonra “Yaşıl dünyamızı qoruyaq” adı altında maarifləndirici videoçarx nümayiş olunub.

Baxış sayı: 152