XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid İbrahim Həsənova həsr olunmuş anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/01/2024 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid İbrahim Şöhrət oğlu Həsənovun anadan olmasının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra İbrahim Həsənovun həyatından bəhs edən videoçarx nümayiş olunub.

Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən və qəhrəman Vətən oğullarının ölkəmizə yaşatdığı tarixi zəfərdən danışıblar. Bu cür tədbirlərin məktəblilər və gənclər, ümumilikdə ictimaiyyət üçün vacib olduğu, Vətən uğrunda şəhid olanların xatirələrinin hər zaman ehtiramla yad edildiyini, hər birimiz üçün unudulmaz və əziz qalacağını bildiriblər.

Daha sonra İbrahim Həsənovun döyüş yoldaşı, ailə üzvləri və yaxınları onun haqqında xatirələrini bölüşüblər.

Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Manaf Əliyev “Xudayar təsnifi”ni, 2017-ci il Muğam müsabiqəsinin laureatı Məftun Məmmədov “Mənim Azərbaycanım”, müğənni Mirəli Cavadov isə “Bir ömrün nəğməsi” mahnılarını səsləndiriblər. 327 və 318 nömrəli tam orta məktəblərin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

Baxış sayı: 204