
Sudanın “əl-Vatan”, “əl-Vatr əl-Sabi”, “əl-Manar” qəzetləri, “Tryaq nyuz”, “Mufakərə” portalları Sami Yusuf haqqında yazı dərc edib.
AZƏRTAC xəbər verir ki, “Sami Yusuf: nəfs səhrasında azıb qalmış ruhların hidayət ulduzudur” adlı məqalənin müəllifi Nuha İbrahim Salimdir.
Məqalədə deyilir: “Mahir bir kapitan bizi nur dənizinin ənginliklərində üzdürməyi yaxşı bacarar. Yalnız o, gəmisinin yelkənlərini səliqə ilə açıb küləyə sinə gərərək kompassız istiqaməti düzgün tuta bilər. Dəniz quşlarının dilini bilər, sərin yelin nə demək istədiyini anlayar, dənizin sədəflərini, dalğalarını, su pərilərinin dilini yaxşı başa düşər. Mahir bir dənizçi imanı və ülvi qayəsi ilə duzlu suyu məhəbbətə və sülhə susamış ürəklərin içəcəyi şirin suya çevirə bilər, çirkli reallığı hər cür pislikdən təmizləyər, ürəklərimizin rahatlıq tapdığı ruhi gözəlliyə çatdırar.
Bu mahir şəxs özünəməxsus səsi olan sənətkar, musiqiçi, bəstəkar, dini musiqilərin ifaçısı, Böyük Britaniya vətəndaşı, əslən azərbaycanlı Sami Yusufdur. O, müsahibələrinin birində əsl adının Siyamək olduğunu bildirib. Deyib ki, dostları və müəllimləri onu Sam, sonralar isə Sami çağırıblar. Yusuf adını isə peyğəmbərimiz Yusuf əleyhissalama vurğunluqdan qəbul edib”.
Sami Yusuf 1980-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub. Uşaqlığının bir hissəsini Azərbaycanda keçirib, daha sonra Böyük Britaniyaya köçüb. Musiqiyə uşaq yaşlarından böyük maraq göstərib. Xüsusilə, atasının xanəndə, musiqiçi, eyni zamanda bəstəkar və şair olması onda musiqiyə dərin həvəs oyadıb. Müxtəlif musiqi alətlərində ifa etməyə başlayıb, zaman keçdikcə davamlı məşq və sonsuz həvəsi nəticəsində misilsiz səsə malik mahir ifaçıya və bəstəkara çevrilib. İstedadı onu Londondakı Kral Musiqi Akademiyasına gətirib çıxarıb.
Musiqiyə bağlılığı, musiqi ilə nəfəs olması onu hədəfinə çatdırıb. Bütün bunlar Sami Yusufu klassik və müasir Qərb musiqisini, fars, türk, Azərbaycan ritmlərini, bütün ərəb məqamələrini, Yaxın və Orta Şərq təranələrini, Afrika və Şərqi Asiya nəğmələrini, Şimali və Cənubi Amerika mahnılarını – bir sözlə, musiqinin bütün gözəlliyini dərindən duyan şəxsə çevirib. Özünün musiqi duyumu və istedadı sayəsində ingilis, ərəb, fars, Azərbaycan, urdu, türk dillərində mahnılar oxuyub.
Sami Yusuf dini, imanı ilə fəxr edir. O, bununla Qərbdə, xüsusilə 11 sentyabr hadisələri zamanı İslama qarşı formalaşmış baxışları və ona yönələn ittihamların dəyişməsinə töhfəsini verib. Allahın, peyğəmbərin (s.) insanlara məhəbbətini təbliğ etməklə, millətlər arasında ayrı-seçkilik salmayan, müxtəlif xalqları birgə yaşayışa səsləyən, əxlaqi keyfiyyətləri üstün tutmağa çağıran Məhəmməd peyğəmbərin ülvi missiyasının mahiyyətini çatdırmaqla İslam dinini qorumağa qalxıb. Sami Yusuf hər addımında, cümləsində aydın şəkildə bildirib ki, İslam bütün sivilizasiyalardan üstün olan ümumbəşəri dindir. O, həmçinin müsəlmanların Qərblə bağlı ədalətsiz baxışının dəyişməsinə nail olub. Minlərlə insanı cəm edən konsertləri, ilk mahnı albomundan başlamış (“Müəllim” (2003-cü il), “Anam” (2005), “Sənsiz” (2009), “Harda olursan ol” (2010), “Salam” (2012), “Cövhər” (2014), “Yol mahnıları” (2015), “Bərəkət” (2016), “Sami” (2018), “Sevinc” (2019) milyonlarla nüsxəsi satılmış və bütün KİV-lərin əsas xəbərlərindən birinə çevrilmiş sonuncu albomuna qədər bir çox insanın İslam dinini qəbul etməsinə səbəb olub. Bütün bunlar onun uğurunu açıq-aydın göstərir. Xalqlara, mədəniyyətlərə, dinlərə, adət-ənənələrə ehtiramı sayəsində, onlar arasında ruhi və fikri bağlantı yaratmağa olan yorulmaz fəaliyyəti nəticəsində bu uğurlara imza atıb. Böyük fərqliliklərə baxmayaraq, o, bütün bu qəlblərin birgə döyünməsini təmin edə bilib. Onun musiqisini, ifasını, seçdiyi qəzəllərini dinlədikcə, bunu hiss edirsən.
Əlbəttə, onun öz azərbaycanlılığı ilə fəxr etməsini qeyd etməyi də unuda bilmərik. Bu hiss onun əksər işlərində, Azərbaycanda təşkil etdiyi konsertlərdə, iştirak etdiyi festivallarda özünü göstərir. Bu festivalların ən yaxşılarından biri şair Nəsimiyə həsr edilib. 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Bakı və Şamaxıda təşkil olunmuş II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirak edib. Həmin ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirakına görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.
Həmçinin Şərqdə təsəvvüf ədəbiyyatının ən gözəl və böyük mütəfəkkir şairlərindən biri olan Nəsiminin 650 illiyinə həsr edilmiş festival çərçivəsində bir sıra mədəni və bədii tədbirlər keçirilib. Şairin böyüklüyünə ehtiram əlaməti olaraq Sami Yusuf bu möhtəşəm festivalda çıxışını onun xatirəsinə həsr edib. Bu tədbirdə yerli və xarici musiqiçilər, yaradıcı insanlar iştirak ediblər. Sami Yusuf təqdim etdiyi mükəmməl “Nəsimi” musiqisi ilə şairin fəlsəfəsini, fikrini elə əhatə edib ki, insanları öz keçmişinə qaytarıb, onlarda Nəsimiyə bağlılıq hisslərini oyadıb.
İmadəddin Nəsimi ilə Sami Yusufu bir-birinə bağlayan şeh damlası kimi şəffaf, pak dünyalarının olmasıdır. Onların ruhları ilahi varlığa, onun peyğəmbəri Məhəmmədə (s.a.s), digər peyğəmbərlərə, bütün insanlığa, ona ehtiram edən hər kəsə məhəbbətlə yanaşır. Sami Yusuf bu eşqlə dolu sözləri, vəsfinə aciz olduğumuz səmimi hisləri və musiqisi vasitəsilə bizi “Şirvanşahlar sarayı” adlı musiqi parçası ilə heyrətləndirir.
Onun “Qobustan” adlı musiqi parçası da maraqlıdır. Qobustan Azərbaycanda qədim tarixi yerdir. Orada 300-dən çox palçıq vulkanı vardır. Orada mövcud olan 6 mindən çox qaya rəsmləri 20 min il bundan əvvəl yaşamış qədim insanların həyatını təsvir edir. “Qobustan” adlı mahnıya qulaq asan şəxsin gözü qarşısında o dövrün həyatı, ov, yığıcılıq, rəqs səhnələri, kütləvi ayinlər, vəhşi heyvanların şəkilləri, yeməklər, döyüşçülər, qayıqlar, ulduzlar və s. canlanır. Bunları yaradan Sami Yusuf, doğrudan da belə unikal şəxsdir.
Yaxşıdır ki, bütün bu şan-şöhrət Saminin xeyriyyəçiliyə olan sevgisini, zəiflərə diqqətini əlindən ala bilməyib. Əksinə, onun rəhm, xeyirxahlıqla dolu xasiyyətini daha çox gücləndirib. O, BMT və Uşaqlara Yardım Fondunun (The Save the Children Fund) himayəsində olan xeyriyyə təşkilatları ilə birlikdə xeyirxah fəaliyyətlər göstərib. Pakistanda daşqınlardan zərərçəkənlərə yardım edib, onlara ümid mesajları və mahnıları ilə (“Çağırışınızı eşidirəm” mahnısı ilə) nikbinlik verib. Həmçinin Darfur bölgəsində münaqişə qurbanlarına yardım üçün Londonda xeyriyyə konserti keçirib.
“Unudulmuş vədlər” adlı musiqisi vasitəsilə BMT-nin Beynəlxalq Ərzaq Proqramı ilə birlikdə başlatdığı könüllülük kampaniyasına dəstək verməyə çağırıb. Beləliklə, bu gənc nurlanma yolunda daim ucalan, paklanan bir qəlblə hər yerdə parlaq simaya çevrilib. Bütün bu sadalananlar onun özəlliyini və əsrarəngizliyini qeyd etməyə kifayət etmir. Onun özü haqqında bir dəfə dediyini qeyd edək: “Ruhumla səfərə çıxıram. Bu səfəri ruhumdan başlayıram”.
Sonda deyirəm: “Sami Yusuf: nəfs səhrasında azıb qalmış ruhların hidayət ulduzudur”.

- 15:48 Milli Kitabxanada akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunmuş sərgi açılıb
- 15:04 Bakı şəhərində bir sıra musiqi və incəsənət məktəblərinə yeni direktorlar və direktor müavinləri təyin olunub
- 11:46 Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib
- 11:43 Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb
- 10:49 Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək
- 09:21 Maestro Niyazinin məzarı ziyarət olunub
- 12:30 Azərbaycanlı uşaqlar beynəlxalq incəsənət festivalından qələbə ilə qayıdıblar
- 09:31 Niyazinin doğum günündə möhtəşəm musiqi axşamı
- 09:27 Bu gün maestro Niyazinin anadan olmasının 113 ili tamam olur
- 09:23 Tanınmış şair Məmməd İsmayıl vəfat edib
- 09:21 Bu gün unudulmaz muğam ustası Xan Şuşinskinin doğum günüdür
- 16:02 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılacaq
- 14:30 Azərbaycanlı azyaşlı rəssamın əl işi Koreyada keçirilən sərgidə təltif olunub
- 12:21 Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir
- 10:19 Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verildi
- 09:18 Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
- 15:15 Gənclər Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 14:16 Şimali Makedoniyada gənc şair Fərid Hüseynin kitabının təqdimatı olub
- 14:14 Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək
- 09:46 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin növbəti uğuru
- 09:31 “TRT TÜRKÜ” radiosunda Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan veriliş yayımlanıb
- 09:22 Azərbaycan Budapeştdə keçirilən 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalında təmsil olunur
- 14:02 İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb
- 09:20 Milli Kitabxanada keçirilən tədbirlər CENL-in rəsmi saytında
- 15:22 Kamal Abdullanın “Seçmələrin seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olunub
- 14:39 A.B.Səfərovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 12:50 VIII Beynəlxalq Animasiya Festivalına hazırlıq işləri görülür
- 12:46 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq
- 12:07 Qarabağ Universiteti müəlliminin “Dərviş” adlı şüşə xalçası Sofiyada nümayiş etdiriləcək
- 10:29 İlk milli kinoaktrisa İzzət Orucovanın şərəfinə mükafat təsis edilib
- 10:23 “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib
- 09:12 “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası”
- 09:07 “Möhtəşəm Bakı” sərgisi – Finlandiyada Azərbaycan mədəniyyətinin parlaq təcəssümü
- 15:50 Əməkdar artist Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
- 15:27 Ərzurumda ”Can Azərbaycandan sevgilərlə” adlı konsert proqramı təşkil olunacaq
- 14:35 İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır
- 13:24 “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub
- 10:48 Bu gün Xalq artisti Azər Paşa Nemətovun doğum günüdür
- 10:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzində gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib
- 09:10 Attestasiyanın ikinci mərhələsinin nəticələri üzrə növbəti təlimlərə başlanılır
- 17:20 Milli Kitabxana Beynəlxalq Gənclər Günü münasibətilə virtual sərgini istifadəçilərə təqdim edib
- 14:53 “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı tədbir keçirilib
- 14:12 Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb
- 09:30 12 avqust - Beynəlxalq Gənclər Günüdür
- 09:28 Bu gün Xalq şairi Qabilin anadan olmasından 99 il ötür
- 09:15 “Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” mövzusunda məruzə dinlənilib
- 16:36 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası hazırlanıb
- 14:20 ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib
- 12:13 “Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri” adlı kitab Ankarada çap edilib
- 12:11 Bu gün görkəmli şair Zeynal Xəlilin anım günüdür
- 11:51 Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 09:32 İsveçdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
- 12:32 Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələrinin konserti keçirilib
- 14:38 Milli Kitabxanada “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi açılıb
- 12:14 Bu il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edilib
- 09:15 Bəxtiyar Vahabzadənin ev-muzeyində açılan sərgi avqustun sonunadək davam edəcək
- 17:32 Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı virtual sərgi hazırlanıb
- 16:56 Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir
- 14:28 Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb
- 14:13 Prezident Kitabxanasında Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi açılıb