XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 6 nömrəli filialı “Bayraq mənliyimdir, bayraq kimliyim” başlığı altında söhbət aparıb
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2019 23:38

Noyabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı  236 saylı tam orta məktəbdə “Bayraq mənliyimdir, bayraq kimliyim”  başlığı altında söhbət keçirib.

Tədbir zamanı məktəbin ibtidai sinif müəllimləri V.Əliyeva və A.Kazımovanın 4-cü sinif şagirdlərinin Bayraq Gününə hazırladıqları sərgiləri nümayiş olunub.

Filialın  müdiri V.Şirəliyeva məktəblilərə Bayraq Günü haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Sonda şagirdlər bayrağa həsr olunmuş şeirlər söyləyiblər və  sərgiyə baxış keçirilib.

 

 

Baxış sayı: 94482