XƏBƏRLƏR
MƏLUMAT
Salvador Dali dünyasından bəhs edən slayd yayımlanıb
ÜMÜMİ XƏBƏRLƏR
26/01/2021 01:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Salvador Dali dünyasından bəhs edən slayd təqdim edib.

İspaniyanın məşhur rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində doğulub. Təsviri incəsənətə marağı uşaq yaşlarında bələdiyyə incəsənət məktəbində oxuyarkən yaranıb.

Salvador Dali 1914-1918-ci illərdə maristlər ordeninə məxsus məktəbdə tərbiyə alıb. 1916-cı ildə yay tətilini Aralıq dənizi sahilində yerləşən Kadakes şəhərində keçirir. Burada o, ilk dəfə modernist incəsənətlə tanış olur və çox sevdiyi bu şəhər onun gələcək yaradıcılığında xüsusi yer tutur. 1919-cu ildə Dalinin ilk şəxsi sərgisi təşkil olunur.

Slayd incəsənət vurğunlarının böyük marağına səbəb olub.

Slaydı kitabxananın “YouTube” kanalından izləyə bilərsiniz.

Baxış sayı: 130